Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada həkiməri necə susdururlar?

Cinayət işləri, təhdidlər, söz azadlığından məhrum etmə...

Rusiya hazırda koronavirusa yoluxma halına görə Avropada birinci yerdədir.

“Burada elə bir həftə yoxdur ki, tibbi personalla bağlı hər hansı qalmaqal baş verməsin. Lakin hökumət sanki koronavirusla deyil, öz tənqidçiləri ilə mübarizə aparır”, - deyə Almaniyanın “Stern” jurnalında Ellen İvits tərəfindən qələmə alınan məqalədə bildirilir.

Müəllif Omsk vilayətindəki 1 saylı xəstəxanada analiz vermək üçün uzun növbəyə duran həkimlərdən bəhs edib. Həmin vaxt həkimlərin üzərində nə tibbi mühafizə vasitələri olub, nə də sosial məsafə qaydasına əməl ediblər. Xəstəxananın özündə isə koronavirus tüğyan edir. Yalnız bundan sonra baş həkim Georgi Sobolev “öz xahişi” ilə işdən uzaqlaşdırılıb.

"Omskdakı insident Rusiyanın xəstəxanalarında baş alıb gedən fəlakətli mənzərəni göz önünə sərir. Pandemiya başlayandan bəri həkimlər ən zəruri tibbi avadanlıqların olmamasından şikayət edirlər", - deyə yazıda bildirilir.

Yazıda həkimlərin artıq yaşananlardan dolayı çarəni ictimaiyyətə müraciət etməkdə tapdıqları qeyd olunur. Məsələn 2 mindən çox həkimin çalışdığı və Rusiyanın ən böyük tibbi-araşdırma müəssisələrindən biri hesab olunan Sankt-Peterburq Elmi-araşdırma institutunun təbibləri həmin addımı atıblar.

Belə ki, hələ bu ilin aprel ayının 30-na olan vəziyyətə görə burada 111 əməkdaşda koronavirus aşkar edilmişdi. Həkimlər isə ən az 200 nəfərin xəstələndiyinə əmindirlər. Onlar tibbi personala qarşı laqeyd və səhlənkar münasibət bəsləyən səhiyyə sisteminin başında duranları suçlayırlar.

Bundan başqa məqalədə “ Vkontakte” sosial şəbəkəsində yayılan, Voronej vilayətinin Novousmansk xəstəxanasının feldşeri Aleksandr Kosyakinin ittihamlarına da yer verilib. Burada A. Kosyakin feldşerlərin heç bir fərdi müdafiə vasitəsi olmadan hərarəti olan xəstələrə təcili tibbi yardım göstərmələrindən danışır. Cəmi 3 saat sonra onun müraciəti şəbəkədən silinib, 2 gün sonra isə “yalan informasiya yaydığına görə” polisə çağırılıb.

Onun eyni xəstəxanadan olan həmkarı Aleksandr Şulepovda koronavirus aşkar edildikdən sonra iş böyüyüb. May ayının 1-dən 2-nə keçən gecə A. Şulepov karantin rejimində olarkən özünü pəncərədən yerə atıb. Son 2 həfətədə Rusiyada həkimlər arasında bu cür 3 intihar halı baş verib.

Rusiya təbiblərinin “Həkimlər alyansı” həmkarlar ittifaqının rəhbəri Anastasiya Vasilyeva bu cür insidentləri həkimlərin ağız təzyiq altında olması ilə izah edib. Onun sözlərinə görə, burada səhiyyə sistemində maliyyə çatışmazlığının da ciddi rolu var. (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar