Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş katib: “KTMT ilə NATO arasında birbaşa müharibə təhlükəsi yoxdur”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə NATO arasında böyük beynəlxalq problemlərin həllinə fərqli yanaşmaların olmasına baxmayaraq, birbaşa müharibə təhlükəsi yoxdur”...

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

NATO ilə birbaşa hərbi münaqişə təhlükəsi yoxdur. Hətta böyük beynəlxalq problemlərin və çağırışların həllinə yanaşmalarda fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, münaqişə üçün əsas görünmür. Üstəlik, biz ümid edirik ki, NATO dövlətlərinin siyasi elitası və ictimaiyyəti bizdə olduğu kimi, bu cür münaqişənin qlobal fəlakətli olduğunu dərk edir”, - deyə KTMT-nin baş katibi vurğulayıb.

O qeyd edib ki, bütün vəziyyətlər izlənilir və diqqətlə analiz olunur: “KTMT sərhədləri yaxınlığında NATO-nun hərbi gücünü və hərbi infrastrukturunu möhkəmləndirməsi (hər il 40-a qədər böyük hərbi təlimlər keçirilir), birgə manevrlərin intensivliyi və miqyaslılığı narahatlıq doğurmaya bilməz. Bütün bunlar KTMT-nin adekvat reaksiyasını və mümkün böhranlı vəziyyətə cavab verməyə hər zaman hazır olmasını obyektivcəsinə tələb edir. Bununla əlaqədar siyasi-diplomatik tədbirlər hazırlanır, KTMT-nin kollektiv qüvvələrinin döyüş imkanlarının yüksəldilməsi ilə bağlı daimi iş aparılır. Bütün bu tədbirlər istisnasız olaraq kollektiv təhlükəsizliyin, KTMT-yə üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına istiqamətlənib”.

pia.az


Etiket: Stanislav Zas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar