Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Xaftardan üz çevirir - Pandemiya dönəmində Liviya cəbhəsində nələr baş verir?

Liviyadakı vətəndaş müharibəsində dönüş nöqtəsi başlayıb?.. 

Politoloq: “İdlib hadisəsindən sonra Suriyada Türkiyə-Rusiya işbirliyi və yaxınlaşması Liviyada da onların əməkdaşlığına şərait yaradır”.

“Türkiyə-Rusiya əməkdaşlığının Suriyada necə davam edəcəyi, Haftarın nə qədər uğur qazanacağı, onun rəqiblərinin nə qədər güclənəcəyi Liviyanın gələcək taleyində mühüm rol oynayacaq”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Liviyada baş verən son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəlifə Xaftar aprel ayının sonlarında özünü Liviya dövlət başçısı elan edib. Maraqlıdır ki, Rusiyada Xaftarın bu addımı təəccüblə və narazılıqla qarşılanıb. Son günlər isə rus ekspertlər Xaftarın Liviyada hərbi qələbə çala bilməyəcəyini vurğulayırlar. Ötən həftədən başlayaraq Liviya Milli Razılıq Hökumətinə bağlı ordu Xaftarın mövqelərini ələ keçirməyə başlayıb.

Rusiyanın Xaftara qarşı belə bir mövqe tutmasını nəylə əlaqələndirmək olar və demək olarmı ki, Liviyadakı vətəndaş müharibəsində dönüş nöqtəsi başlayıb? Bundan başqa Liviyada Rusiya-Türkiyə ittifaqı mümkün görünürmü və Qərbin, xüsusən də ABŞ-ın və Fransanın Liviyadakı mövqeləri ilə bağlı nə demək mümükündür?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Putin Liviya məsələsində Ərdoğana güzəştə gedir”.

Rusiya Xaftarın qarşısında mümkün qədər Liviyadakı daxili gücləri öz tərəfinə çəkməsini və xarici qüvvələrlə dil tapsını şərt kimi qoyduğunu vurğulayan politoloq bildirib ki, Xaftarın Liviyada marağı olan bir neçə güc mərkəzi ilə eyni zamanda əlaqədə olması Rusiyanın qiyamçı marşala olan etimadını puç edib. Artıq Moskvada Xaftara güvənməkdə səhv etdiklərini başa düşüblər:

“Qəzzafinin ölümündən sonra Liviyada prosseslər çox mürəkkəb istiqamətdə inkişaf etməkdədir. Məlumdur ki, Liviya Şimali Afrikada mühüm geostrateji əhəmiyyətə malik olan ölkədir. Liviyanın Aralı dənizinə çıxışı var və eyni zamanda da Afrikanın Avropaya açılan bir qapısıdır. Liviyada təbii sərvətlər və böyük miqdarda karbohidrogen ehtiyatları var. Bu da Liviyanı xarici güclər üçün çox cəlbedici edir. Yəni böyük güclər bütün zamanlarda Liviyada hakimiyyət uğurunda mübarizə aparıblar və aparırlar.

Qəzzafinin ölümündən sonra Liviya iki yerə parçalanıb və bu iki qarşıduran tərəf xarici güclərdən aldıqları dəstək sayəsində ayaqda qalırlar. Vəziyyətdən yararlanmaq istəyən dünyanın və regionun aparıcı gücləri Liviyada öz maraqlarını təmin etməyə çalışırlar və demək olar ki, bütün maraqlar fərqlidir və üst-üstə düşmür.

Liviyada Xaftarın hakimiyyəti Türkiyə tərəfindən qəbul olunmur. Bildiyimiz kimi Türkiyə prezidenti Ərdoğan Xaftarın rəqibləri ilə işbirliyinə gedib və müqavilə imzalayıb. Hətta Türkiyənin Liviyaya hərbi yardım etməsi məsələsində də razılığa gəlinib. Amma o da məlumdur ki, Xaftarı Rusiya müdafiə edirdi.

Nəzakət Məmmədova: “Xəftar Rusiyaya qarşı olan güclərlə, xüsusən də ABŞ, Səudiyyə və BƏƏ ilə əməkdaşlığa gedərək Rusiyanın bölgədəki maraqlarını zərbə altında qoydu”.

Lakin 2020-ci ilin yanvar ayından Rusiya Xaftarı bir növ arxa plana atıb. Bu da onunla bağlıdır ki, Xaftar Rusiyanın etimadını doğrulda bilməyib. Çünki Rusiya Xaftarın qarşısında şərt qoymuşdu ki, mümkün qədər Liviyadakı daxili gücləri öz tərəfinə çəksin və xarici qüvvələrlə dil tapsın. Amma Xaftar bunu bacarmadı. Əksinə Rusiyaya qarşı olan güclərlə, xüsusən də ABŞ, Səudiyyə və BƏƏ ilə əməkdaşlığa gedərək Rusiyanın bölgədəki maraqlarını zərbə altında qoydu. Bu Moskvada aparılan danışıqlarda açıq şəkildə ortaya çıxdı və Rusiya da Haftara güvənməkdə səhv etdiyini anladı.

İndi Liviyada yaranan vəziyyət tələb edir ki, Rusiya Türkiyə ilə eyni vəhdəddən çıxış etsin. Düzdür bu vəziyyət Rusiyanın Liviyadakı əlini bir çox anlamda qısaldır, amma Moskva üçün başqa yolda yoxdur. Xəftarla əməkdaşlığın sonucu Rusiyanın regionda böyük xəyanətlə üzləşməsi ilə nəticələnə bilər və bunu Moskvada çox aydın görürlər.

Eyni zamanda İdlib gərginliyindən sonra Suriyada Türkiyə-Rusiya işbirliyi və yaxınlaşması Liviyada da onların əməkdaşlığına şərait yaradır. Əlbəttə ki, indi Rusiya üçün əsas məsələ Suriyadır. Yəni Suriyanın parçalanmasının qarşısının alınması əsas məsələdir. Belə olan şəraitdə də Putin istəmir ki, Ərdoğanla münasibətlərini pisləşdirsin. Buna görə də Putin Liviya məsələsində Ərdoğana güzəştə gedir. Həmçinin Putun Ərdoğan vasitəsi ilə Liviyada daha da möhkəmlənmək istəyir və bu prosses artıq getməkdədir. İndi Moskva üçün Fayəz Sərac höküməti ilə etimadlı bir şəkildə anlaşması və Liviyadakı maraqlarını təmin etməsi vacib məslədir. Çünki artıq Moskvada yaxşı başa düşürlər ki, çox tərəfli oynayan Xəftar vasitəsi ilə bu maraqları təmin etmək çox çətin olacaq, ya da mümkün olmayacaq.

Nəzakət Məmmədova: “Mən Liviyada yaxın zamanlarda anlaşma yaranacağını güman etmirəm və düşünürəm ki, Rusiya Xəftarın arxasından çəkilsə də, ABŞ və ərəb ölkələri onun meydanda qalmasını təmin edəcəklər”.

Digər tərəfdən Liviyada tək Rusiya deyil, Çin,in Avropa Birliyi və xüsusən Fransanın, ABŞ-ın, Türkiyənin Səudiyyənin, Misirin və BƏƏ-nin xüsusi maraqları var. Buna görə də həmin ölkələr Liviya məsələsi ilə bağlı vaxtaşırı görüşlər keçirirlər və müzakirələr aparırlar. Lakin Xaftar bu müzakirələrdə yenə də əsas fiqur kimi qəbul olunmur. Eyni zamanda da Ərdoğan dəfələrlə Putini çağırış edib ki, Putin Xaftar məsələsində öz sözünü desin.

Proseslərin bundan sonrakı inkişafı bir çox amillərdən asılıdır. Türkiyə-Rusiya əməkdaşlığının Suriyada necə dava edəcəyi, Xaftarın nə qədər uğur qazanacağı, onun rəqiblərinin nə qədər güclənəcəyi Liviyanın gələcək taleyində mühüm rol oynayacaq. Lakin bu geosiyasi savaşda kimin qalib gələcəyini indidən söyləmək çox çətindir. Çünki ənənvi olaraq Liviyada Fransanın mövqeyi önəmli olub. Liviyanın Türkiyə ilə də tarixi bağları mövcuddur. İndi isə bu çox geostrateji əhəmiyyətli ölkədə ABŞ-da, Rusiyanın da, Çinin də maraqları ortaya çıxıb və bu üzdən də Liviyanı paylaşmaq da çox çətindir.

Mən Liviyada yaxın zamanlarda anlaşma yaranacağını güman etmirəm və düşünürəm ki, Rusiya Xəftarın arxasından çəkilsə də ABŞ və ərəb ölkələri onun meydanda qalmasını təmin edəcəklər. Bu baxımdan Liviyada vətəndaş müharibəsinin bitməsi və ölkəyə sülhün gəlməsi hələ mümkün görünmür. Rusiya üçünsə, Liviyada laxlayan mövqelərini bərpa etmək çox vacibdir. Ona görə də yaxın günlərdə bölgədə Rusiyanın həmlələrinə şahid ola bilərik və son günlər Xəftarın mövelərinin itirilməsi bu həmlələrin başlanğıcıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Liviya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar