Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokio-2020: Rafael Ağayevlə İrina Zaretskanın lisenziyaları ləğv olundu

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub...

Ümumdünya Karate Federasiyası (WKF) bu qərara yenidən baxacağını açıqlayıb. Səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.

40 karateçi Tokio-2020-yə reytinq sistemi ilə vəsiqə qazanmışdı. Bunlar kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı çəkilərdə kişilər, 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəkilərdə qadınlar, katada isə həm kişilər, həm də qadınlar hərəyə 5 nəfərdən (biri təşkilatçı Yaponiyadan olmaqla) ibarət idilər. Siyahıda Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretska (+75 kq) da yer almışdı.

Lakin Oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq. Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub. Əvəzində gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb.(report)

pia.az


Etiket: Tokio-2020


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar