Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12 yaşlı uşağı kim öldürüb? - Əmisi danışdı

Cəbrayılın vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi yalandır...

PİA.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında bu gün meyiti tapılan 12 yaşlı Cəbrayıl Məmmədlinin əmisi Rahim Məmmədov deyib. O bildirib ki, hadisə ilə bağlı kiminsə şübhəli şəxs qismində tutulması da həqiqətə uyğun deyil:

“Ailə üzvləri olduqca sakit və tərbiyəli adamlardır. Onların kənddə kiminləsə işi olmayıb ki, kimdənsə şübhələnək. Uşaq dünən təkbaşına velosipedi ilə arxa su ardınca gedib. Həmin gün nə qədər axtarsaq da, tapa bilmədik. Yalnız velosipedi getdiyi ərazidə idi. Meyit bu gün 12:00-da tapılıb”.

R.Məmmədov deyib ki, meyitin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər yalandır:

“Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Kiminsə öldürməsi, yaxud yıxılaraq ölməsi ilə bağlı hər hansı dəqiq məlumat yoxdur. Hazırda meyit ailəsinə təhvil verilib. Amma ekspertiza rəyi açıqlanmayıb”.

Qeyd edək ki, 12 yaşlı Cəbrayılın əvvəlcə ayı hücumuna məruz qaldığı bildirilsə də, daha sonra öldürülərək çaya atıldığı barədə iddialar yayılıb.

pia.az


Etiket: uşaq ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar