Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Biz bu virusla yaşamalı olacağıq" - İlham Əliyev

"Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik"...

"Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub".

PİA.az xəbər verir ki, Prezident bu sözləri “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə baş tutan videokonfrans zamanı deyib.

Dövlət başçısı çıxışının davamında bunları deyib:

"Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm".(Yenisabah.az)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar