Şənbə, 19 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sumqayıtda əl qumbarası, partladıcılar və patronlar aşkarlandı

Bu haqda ANAMA məlumat verib...

Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Sarıqaya bağlar sahəsi, Çinarlı küçəsində məişət tullantıları ərazisində 4 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan PİA.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşlar əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 37 ədəd 5,45 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ərəb Şeyxi ilə Zeynəbin arasındakı problemin səbəbi açıqlandı

Azərbaycanda qadağalar geri qayıdır - Açıqlama

İntihar edən Naidə İsayevanın atası və qardaşı danışdı

Tofiq Yaqublu qızının məzarını ziyarət etdi - Foto

Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi - Fotofakt

Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında

Azərbaycanda dövlət qurumunun 21 əməkdaşı işdən çıxarıldı - Rəsmi

Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə bəd xəbər

Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər

loading...

Ən çox oxunanalar