Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq

"Azəriqaz" İstehsalat Birliyi Ramazan bayramındakı qeyri-iş günlərində abonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər...

Qurumdan verilən məlumata görə, bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər.

Bildirilib ki, bayram günlərində əsasən müştəri xidmətlərinə də ehtiyac çox duyulduğu üçün bu sahədə tədbirlər proqramı hazırlanıb. Beləliklə, bölgələrdə xidmət 25, 26, 27, 28, 29, 30 və 31 may tarixlərində səhər saat 10:00-dan saat 17:00-dək “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi rayonlardakı "Azəriqaz" İB-nin qaz xidmət sahələrində göstəriləcək. Məsələn, Quba rayonundakı “ASAN xidmət” mərkəzi bayram günlərində işləmirsə, müştəri xidmətinə dair suallarını vətəndaşlar elə Quba rayonundakı qaz xidmət sahəsinə ünvanlaya bilərlər.

Bakı və ətraf ərazilərdə isə bir neçə gün əvvəl xəbər verdiyimiz kimi müştəri xidmətlərinin göstərilməsi may ayının 24, 25, 26, 27, 28, 29, 30 və 31 tarixlərində Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim ediləcək. Bir daha xatırladırıq ki, bayram həftəsində abonentlərin müştəri xidmətləri üzrə aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq: itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi”,- “Azəriqaz”dan bildirilib.

pia.az


Etiket: “Azəriqaz”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar