Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədə nə qədər səviyyəsiz artistlər var, hamısı seriallara yığılıb“ - Cümşüd Nuriyev

"300-500 seriallıq bu filmlər kimə lazımdır?"...

Xəbər verdiyimiz kimi, ermənilər mayın 28-də Kanadada Qarabağ həqiqətlərinin mahiyyətini təhrif edən, prosesləri sırf erməni maraqları konteksində işıqlandıran yeni bir filmin təqdimatını həyata keçirəcəklər.

Maraqlıdır, bəs ölkəmiz necə, incəsənətin imkanlarından Qarabağ həqiqətlərinin təbliğində kifayət qədər istifadə edə bilirmi?

Yenisabah.az xəbər verir ki, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ölkəmizdə bu sahədə vəziyyətin əsla ürəkaçan olmadığını deyib:

“Təbii ki, ölkəmiz Qarabağ həqiqətlərinin təbliğində incəsənətin imkanlarından istifadə etməlidir, amma etmir. Çox təəssüflər olsun ki, dövlət tərəfindən ayrılan vəsait uzun müddət tərbiyəsiz seriallara həsr olunub. 300-500 seriallıq bu filmlər kimə lazımdır? Ölkədə nə qədər səviyyəsiz artistlər var, hamısı ora yığılıb. Adi kameralarla çəkilən, insanda hər hansı müsbət fikir oyatmayan bu serialların heç bir əhəmiyyəti, önəmi yoxdur.

Qarabağla bağlı cəmi 3-4 film çəkilib. Azərbaycanın bu qədər qəhrəmanı, şəhidi var... Mübariz İbrahimov türklərdə olsaydı, indi onun haqqında çoxdan 10 dənə serial çəkmişdilər. Allahverdi Bağırov və digər qəhrəmanlarımızın həyatı, döyüş yolu ilə bağlı bu cür filmlərin çəkilməsi olduqca vacibdir. Ancaq bu gün biz belə filmləri görə bilmirik. Bu isə ancaq və ancaq təəssüf doğurur”. (Moderator.az)

pia.az
 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar