Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-da nələr baş verir? - Partiyanın qurucu üzvləri artıq susmaq istəmir

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) islahatlar zərurətə çevrilməkdədir. Partiyanın qurucu üzvlərinin son günlər verdiyi açıqlamalar bu qənaəti yaradıb... 

PİA.az xəbər verir ki, əgər əvvəllər YAP-da islahatların həyata keçirilməsi barədə yalnız Siyasi Şuranın üzvü Musa Musayev danışırdısa, artıq partiyanın qurucularından olan professor Əli Əlirzayev də bu yöndə açıqlamalar verməyə başlayıb.

Qocaman YAP-çı bəyan edib ki, partiya zəbt olunub. “İndi qorxmadan deyirəm ki, partiya zəbt olunub. Partiyanın bütün strukurlarındakı insanlar o vaxt YAP-ın ideologiyasının hazırlanmasında iştirak edən adamlar deyillər”, - deyə professor vurğulayıb.

Musa Musayev də çıxışlarında hazırda YAP-ı təşkilata kənardan gələnlərin idarə etdiyini bildirib.

Zaman-zaman klassik YAP-çıların etirazlarının şahidi olmuşuq. Yəqin ki, mərhum Sirus Təbrizlinin YAP-la bağlı məşhur ifadəsi hər kəsin yadındadır. Lakin bu etirazların cavabı ən pis halda YAP-dan xaric edilmək, ən yaxşı halda təşkilatda sıxışdırlmaq olub.

Əli Əlirzayev də vaxtaşırı YAP-ı tənqid edənlərdən olub. Elə bu səbəbdən deputatlığa gedən yolu bağlanıb. Sirus Təbrizli kimi YAP-dan xaric edilməsə də, faktiki olaraq siyasi fəaliyyəti məhdudlaşdırılıb və o, elmi fəaliyyətlə məşğul olmağa başlayıb.

Musa Musayev də YAP-ın dişli simalarından hesab olunur. Dəfələrlə hakim partiya, məmurlar barədə tənqidi çıxışlar edib. Lakin son illər fəaliyyətində bir qədər fasilə yaranmışdı. Ehtimal olunur ki, bu onun partiyada sıxışdırlması ilə əlaqəlidir. İslahatlar elan ediləndə onun yenidən faəllaşması və təcili olaraq YAP-da da dəyişikliklərin həyata keçirilməsini təklif etməsi hakim partiyada klassik YAP-çılara münasibətin artıq dözülməz həddə çatdığını göstərir.

Müşahidələr göstərir ki, artıq mərhum Heydər Əliyevlə birgə YAP-ı quranlar susmaq niyyətində deyillər. Güman ki, Əli Əlirzayevdən sonra hakim partiyanın yaranmasında əziyyəti olan, lakin bu gün kənarda qalan YAP-çılar da danışmağa başlayacaq.

Lakin prosesin hansı sonluqla nəticələnəcəyini indidən söyləmək çətindir.  (Yenisabah.az)

pia.az 


Etiket: YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar