Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin tələsir - referendum üçün yeni tarix bəlli oldu

Qərb mediası koronavirus pandemiyası dövründə Rusiya prezidentinin mövqeyinin zəiflədiyini iddia edir... 

Rusiyada konstitusiya dəyişikliyi ilə bağlı 22 aprelə təyin edilmiş səsvermə və 9 may Qələbə paradı koronavirus səbəbindən təxirə salınmalı oldu. Rusiyada virusla bağlı vəziyyət sabitlləşib, amma paytaxt Moskvada və bəzi vilayətlərdə hələ də risk qalmaqdadır.

Qonşu ölkədə karantinlə bağlı yumşalmalarla eyni vaxtda təxirə salınmış konstitusiya dəyişikliyi ilə əlaqədar məsələ də müzakirə edilməyə başlayıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Kremlə yaxın dörd mənbə konstitusiya dəyişikliklərinə dair səsvermənin bu il iyunun 24-də keçirilə biləcəyini iddia edir. Kremlə yaxın olan digər mənbə 24 iyunda qələbənin 75 illiyi ilə bağlı təxirə salınmış paradın da keçiriləcəyini söyləyib.

Müdafiə Nazirliyindəki mənbə 24 iyun tarixi iddialarını təsdiqləmir, amma paradın iyunun sonlarına planlaşdırıldığı bildirilir.

Əgər virusla bağlı vəziyyət gərginləşsə, konstitusiya dəyişikliyi ilə bağlı səsvermə iyulun əvvəlində, Qələbə paradı isə sentyabrın 3-də ola bilər.

Qeyd edək ki, Vladimir Putin dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunmasını təklif edib.

1993-cü ildə qəbul edilmiş konstitusiyaya əsaslı dəyişikliklər nədən ibarətdir?

Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək. Bundan əlavə, konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək. Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.

Digər yenilik isə Dövlət Şurasının statusu ilə bağlıdır. Bu, Rusiya prezidenti yanında məşvərətçi orqandır. Vladimir Putin Dövlət Şurasının statusunu konstitusiya ilə müəyyənləşdirməyi təklif edib.

Rusiya Federal Məclisinin səlahiyyətləri genişləndiriləcək. Prezidentin baş nazirin namizədliyini rədd etmək hüququ olmasa da, onu işdən azad etmək səlahiyyəti qalacaq. Güc strukturları rəhbərlərini prezident Federasiya Şurası ilə razılaşdırdıqdan sonra təyin edə biləcək. Eyni zamanda, Silahlı Qüvvələrə komandanlıq və ölkənin bütün hüquq sisteminə nəzarət də prezidentin əlində qalacaq. Konstitusiyaya görə, Putinin indiki prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qərbi narahat edən 2024-cü ildən sonra Rusiyada Putinin yaratdığı üsul-idarəçiliyin qalıb-qalmayacağıdır.

Qərb mediası koronavirus pandemiyası dövründə Rusiyada baş verənlərə xüsusi diqqət ayırır, bəzi nəşrlər hətta Putinin mövqeyinin zəiflədiyini iddia edirlər. Azadlıq.org-un məlumatına görə, “The Daily Beast” portalı yazır ki, Putin son illərdə indiki kimi zəif görünməmişdi, COVID-19-un səbəb olduğu iqtisadi çətinliklər isə səbəblərdən yalnız biridir.

“Putinin reytinqi koronavirus böhranından öncə düşməyə başlamışdı, neft ucuzlarır, iqtisadiyyat pisləşirdi. Bu il bu tufanı nəyin dayandıra biləcəyini görmürəm”, – müstəqil sorğular keçirən Levada Mərkəzinin direktor müavini Denis Volkov deyib.
“İctimai əhval-ruhiyyənin 2008-ci ilin böhranı vaxtında olduğu kimi dəyişdiyini görürük. Respondentlərimizin 25 faizə qədəri maaşlarının kəsildiyini deyir”,- Volkov deyib.

Müəllif yazır ki, Putinin ən böyük çətinliyi Rusiyanın “köhnə xəstəliyi” olan yoxsulluqdur. Yaxşı vaxtlarda, neftin qiymətləri astronomik həddə olanda prezident əhalini pulla təmin edirdi və bununla qürur duyurdu. O, silahlı qüvvələri gücləndirir, açıq, yaxud gizli şəkildə xaricə göndərir, yeni silah sistemləri yaradırdı.

“Neftin ucuzlaşması və COVID-19 pandemiyası Putini zəiflətsə də, onun hakimiyyətinə, xarici siyasət ambisiyalarına hələlik, elə də güclü təhdid yaratmayıb”. “The Hill” portalındakı məqalədə isə belə deyilir. Sayt neftin qiymətlərindəki böhranın və pandemiyanın Putini həssas məqamda yaxaladığını qeyd edir. “Axı, o, ölkə konstitusiyasına dəyişikliklər etməyi planlaşdırırdı. Dəyişikliklər Putinin 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verməsinə yol aça bilərdi. COVID-19 ucbatından referendum təxirə salındı. Putinin reytinqi düşür. Tərəfdaşları olan İranSuriya da sanksiyalar altında zəifləyir”. (musavat.com) 

pia.az 

 


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar