Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bu restorana gedən 32 nəfər saxlanıldı - Foto

Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib... 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Məmmədəli Hacıyevə məxsus "Kəlbəcər" restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Həmçinin bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla  da təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək.

pia.az 

Fotolar




Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar