Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metyu Brayza: “ABŞ şirkətləri hökumətin geosiyasi maraqlarına əhəmiyyət vermədi”

ABŞ-ın "Chevron" və "ExxonMobil" kimi böyük enerji şirkətlərinin Azərbaycandakı layihələrdən çıxmaqla bağlı qərarları ciddi iş prinsipləri əsasında qəbul edilib... 

Bunu “APA-Economics”ə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

“Ötən bir neçə il ərzində bu nəhəng şirkətlər investisiyalarını daha çox ABŞ-da geniş yayılmamış qeyri-ənənəvi neft sektoruna qoydular. Çünki, onlar bunu gəlirlərini artırmaq üçün ən düzgün yol hesab etdilər. Təcrübələrimə əsasən deyə bilərəm ki, hər iki şirkət bu qərarları ilə ABŞ hökumətinin geosiyasi maraqlarına əhəmiyyət vermədi, yalnız məqsədlərinə və hədəflərinə yönəldilər. Şəxsi səhmdarlara sahib, qeyri-hökumət şirkətləri kimi, onların bu şəkildə davranmaları və qararlar qəbul etmələri normaldır.

ABŞ hökümətinin onları Bakı-Tiblisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsinə qatılması üçün təşviq etdiyini nəzərə alaraq bu məsələdə xüsusilə “ExxonMobil”in rəhbərlərini qınayıram. Onlar bizim dəstəklərimizi qəbul etməyərək qəzəbli bir şəkildə dəfələrlə dedilər ki, işlərinə qarışmayaq.

Bu məsələni əsas gətirərək ABŞ-Azərbaycan münasibətlərində soyuqluğun olduğunu iddia edənlərə demək istəyirəm ki, bu sahədə narahatlığa əsas yoxdur. Yazılanlar həqiqətə uyğun deyil, hər iki ölkə arasında sıx münasibətlər müsbət yöndə davam etməkdədir”, - deyə o, qeyd edib.

pia.az 


Etiket: Metyu Brayza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar