Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sercio Mattarella Prezident İlham Əliyevi təbrik edib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb... 

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Cənab Prezident.

Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını bütün İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Çox gözəl xatırladığım son dövlət səfəriniz bizim ölkələrimizi birləşdirən dərin dostluq münasibətlərini bir daha təsdiq edərək məhsuldar və çoxtərəfli əməkdaşlığımıza yeni nəfəs vermək üçün bir fürsət oldu. Əlbəttə, bu əməkdaşlıq Sizin dövlət səfəriniz ərzində müzakirə edilən bir çox sahələr üzrə daha da genişlənərək ölkələrimiz üçün yeni nəticələr əldə olunmasına şərait yaradacaq.

Ürəkdən arzulayıram ki, AzərbaycanAvropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir.

Eyni zamanda, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığımı bildirmək istərdim. Bu bizim xalqlarımız arasında mövcud olan əlaqələrin intensivliyini və dərinliyini sübut edir.

Səmimi dostluq hissi ilə Sizə, xanımınıza və bütün azərbaycanlılara xoşbəxtlik və firavanlıq arzulayıram”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar