Cümə axşamı, 02 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Milli Şuranın gey qalmaqalı İsrail mediasında

İsrailin aparıcı "The Jerusalem Post" qəzeti Azərbaycan müxalifətində yaşanan gey qalmaqalına məqalə həsr edib...

Virtualaz.org-un məlumatına görə, nəşr bildirir ki, ötən həftə müxalif Milli Şuranın onlayn konfransının videogörüntüləri ictimaiyyətin diqqət mərkəzində olub. Bu konfrans zamanı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı məsələlərin Qərb üçün çox vacib olduğunu qeyd edib. Sonra G.Hacıbəyli ABŞ-da fəaliyyət göstərən jurnalist İsmayıl Cəlilovu qeyri-ənənəvi cinsi oriyentasiyasını vurğulayaraq onu tənqid etməyə başlayıb.

Milli Şuranın digər üzvü Rafiq Manaflı söhbətə müdaxilə edərək İsmayıl Cəlilovu təhqir edib və onu “kişi fahişəsi” adlandırıb. Eyni zamanda, Rafiq Manaflı "Hitlerin bütün geyləri vaxtında məhv edə bilmədiyi üçün" təəssüfləndiyini bildirib.

Qəzet Milli Şura daxilində homofob əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu qeyd edib: “Bununla belə, Gültəkin Hacıbəyli dedikləri üçün üzr istəməli oldu. Rafiq Manaflı isə, öz növbəsində, üzr istəməkdən imtina etdi”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Milli Şura


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Deputat örnəyi: Sabir Rüstəmxanlı Neftçalanın su savaşında ön cəbhədə...

“Siyavuş Novruzovun dediyi ilə oturub-dursalar…”

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən açıqlama

Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? - Tükürpədici faktlar..

Ekspert Kür çayında suyun azalmasının səbəblərinə aydınlıq gətirdi – Korrupsiya…

Baş Nazir Əli Əsədovdan icra başçılarına yeni tələb - Operativ Qərargahın videomüşavirəsi keçirilib

Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər

Qurban bayramında 4 gün iş olmayacaq - Baş Nazirdən qərar

“Milli Məclisdə oturub qadağaları sadalamaqla iş bitmir” – Xalq artisti

“Azərsu” sədri su qıtlığı barədə: “Bir sıra mənbələr tikililərin altında qalıb”

loading...

Ən çox oxunanalar