Cümə axşamı, 02 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"İnsanlar qaydalara əməl etməsə, bu virusun "quyruğ"u uzanacaq"

Xəbər verdiyimiz kimi Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı məlumatlar var...

Bir nəfər əməkdaşın test nəticəsi müsbət çıxdığından qurumun digər əməkdaşıları da karantinə alınıblar. Bundan əlavə Kürdəmir rayonunda da yoluxma sayında artım müşahidə edilib. Rayonlarda COVİD-19- a yoluxma hallarının birdən-birə artmasının səbəbi nədir?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev rayonlarda koronavirusun sürətlə yayılmasına aydınlıq gətirib:

"Virus rayona göydən düşmədiki? Kimsə gedib orada yaşayan insanları yoluxdurub. Biz həmişə vətəndaşlara deyirik ki, xəstəlikdən qorunun. İnsanlar bilməlidirlər ki, xüsusən də cavanlar bu xəstəliyi əlamətsiz keçirir. Onlar Operativ Qərargahın tövsiyyə etdiyi qaydalara əməl etmədiyinə görə xəstəliyin yayılma ehtimalı var. Gərək insanlar bu qərarların hamısına ciddi surətdə əməl etsinlər. Bəzi insanlar hesab edirlər ki, virus onlara heç nə etməz, düşünmürlər ki, ətrafdakıları yoluxdura bilərlər. İnsanlar koronavirusa "barmaqarası" baxırlar. Bu da rayonlarda və ümumi respublikamızda xəstələnmə saylarının artmasıyla nəticələnir".

Baş infeksionist qeyd edib ki, insanlar virusa bundan sonrakı dövrdə səhlənkar yanaşsa, pandemiya uzana bilər:

"İnsanlar qaydalara əməl etməsə, bu virusun "quyruğ"u uzanacaq. Biz ehtimal edirdik ki, havaların isinməsi və insanların əks-epidemik qaydalara əməl etməsi xəstəliyin ölkədən yavaş- yavaş çəkilməsinə səbəb olacaq, lakin onlar buna əməl etmək istəmirlər. Mağazalara və digər məkanlara gedən zaman maskalı insan görmürük. Metroda da insanların maskasız gəzdiyini görürəm. Bu cür yanaşma ilə epidemiyaya qalib gələ bilmərik".

Məlumdur ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə pandemiya ilə əlaqədar müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmaq qadağan edilir. Tətbiq olunan həmin komendant saatı insanların yoluxma saylarının aşkarlanmasında yardımçı olur. Baş infeksionist Cəlal İsayev həmiçinin qonşu ölkələrdə kimi Azərbaycanda da virusla mübarizədə komendant saatının tətbiq edilməsi məsələsinə aydınlıq gətirib:

"İndiki vaxtda Türkiyədə insanların küçələrə 4 gün çıxmalarına icazə verilmir. Bu xəstəliyin yayılmasının qarşısının alınmasına kömək olur. Azərbaycanda həmin rejimin tətbiq olunması ümumi olaraq ölkədəki vəziyyətdən asılıdır. Belə getsə, bizdə də bu rejim, yəni komendant saatı tətbiq oluna bilər. Həmin rejimin tətbiqi qərardan asılıdır. Bu tətbiq oluna, ehtimal oluna bilər. Hələlik bu səviyyəyə çatmamışıq. Çalışaq ki, verilən tövsiyyələrə əməl edək".(Sonxəbər)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Cəlal İsayev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Siyavuş Novruzov: “Prezidentə dedi ki, Ramiz Mehdiyev mətbuatda məndən yazdırır”

“Daha güclü olmaq istəmirəm” - Əməkdar artist

Baş Nazir Əli Əsədovdan icra başçılarına yeni tələb - Operativ Qərargahın videomüşavirəsi keçirilib

Koronavirus zamanı immuniteti gücləndirmək üçün 20 qəpiklik çarə

İlqar Məmmədov Ədalət Vəliyevlə görüşündən danışdı

“Ramiz Mehdiyevin orada oturmağa haqqı yoxdur”

“Gül kimi xalqdır, plastilindir, nə istəsəniz, edirsiniz, qədrini bilin”- Natiq Cəfərli

8103-də yenilik: Sürücülərin icazə alması qaydası müəyyənləşdi

loading...

Ən çox oxunanalar