Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantinə alınan icra başçısının koronavirus testinin nəticəsi açıqlandı

“Ölkəmizin hər yerində olduğu kimi Şamaxı rayonunda da müvafiq profilaktiki tədbirlər həyata keçirilir”...

Bunu Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev deyib.

O bildirib ki, bu tədbirlərdən biri də müəssisə və təşkilatların, eyni zamanda icra hakimiyyəti əməkdaşlarının testlərə cəlb edilməsidir: ”Bu testlər keçirilərkən, əməkdaşlarımızdan yalnız birində koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Həmin əməkdaşımız hazırda xüsusi karantin zonasında olan xəstəxanalardan birində yerləşdirilib. Digər əməkdaşlarımız isə sosial izolyasiya rejimində işlərini davam etdirirlər”.

T. Qəniyev qeyd edib ki, icra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb: “Ümumilikdə icra hakimiyyəti əməkdaşlarının, icra hakimiyyəti başçısının testinin nəticələri neqativ çıxıb və növbəti testlərdən də keçəcəyik. Hazırda bayram günləri olduğu üçün qeyri-iş günləridir. Amma testin nəticələri neqativ çıxdığı üçün biz işimizi davam etdirəcəyik”.

T.Qəniyev rayonda olan ümumi vəziyyətə də aydınlıq gətirib: “Rayonda vəziyyət stabildir. Rayonda da testlər mütəmadi olaraq keçirilir. İndiyə qədər rayon sakinlərindən 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb”.

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.

Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.(APA)

pia/az


Etiket: Şamaxı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar