İŞİD terror təşkilatının İraqdakı lideri Muataz əl-Cjaburi öldürülüb...
APA-nın İraqın INA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Antiterror Xidməti məlumat yayıb.
Bildirilib ki, Muataz əl-Cjaburi antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Muataz əl-Cjaburi İŞİD rəhbərinin köməkçisi olub.
pia.az