"Xanım olmasaydı, daha ağır ifadələr yazardım"...
“Xanım olmasaydı, daha ağır ifadələr yazardım. Amma dünyada bəlkə də bu arvad qədər ikinci fırıldaqçı birisi yoxdur”.
PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Etibar Hüseynov Məlahət Abbasovanın AzTV ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Azərbaycanda yalnız bir tualet kağızının reklamına çəkilib, o boyda Türkiyə televiziya məkanında isə iki seriala-hər ikisində də epizodik, qulluqçu-dayə rolunda. Vəssəlam. Di gəl ki, elədiyi dələduzluqları, danışdığı yalanları sadalasan iri bir "serial"a sığışmaz...” – E.Hüseynov qeyd edib.(Pravda.az)
pia.az