Çərşənbə axşamı, 14 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda koronavirusun sərnişin daşımalarına təsirləri açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin daşımalarında azalma müşahidə edilib... 

PİA.az Trend-ə istinadən bildirir ki, ölkədə pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkətinin dayandırılması, yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın, o cümlədən yerli hava uçuşlarının dayandırılması sərnişin daşımalarının cari ilin aprel ayında mart ayına nisbətən müvafiq olaraq 46,9 faiz, ötən ilin aprel ayı ilə müqayisədə isə 58,9 faiz azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində cari ilin yanvar-aprel aylarında ölkə üzrə sərnişin daşınmasının isə 18,9 faiz azalmasına səbəb olub.

Ümumilikdə 2020-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 509,8 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 89,7 faizi avtomobil nəqliyyatı, 10,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-aprel ayları ərzində 1 milyon 119,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 11,9 faiz artım müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 5,8 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 457,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 16,8 faiz azalıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 34,1 faiz azalaraq 50,9 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 439,0 min və ya 33,8 faiz az sərnişin daşınıb, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sərnişin


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Mübariz Mənsimov Tovuz istiqamətindəki döyüşlərdən yazdı

Vilayət Eyvazov gənc zabitləri xidməti yerə göndərdi - Foto

“Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir” - Artur Rasizadə

Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış etdi

DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçi şəhid olub - Siyahı 

Düşmənin hərbi obyektləri və texnikası darmadağın edilib - MN yeni görüntüləri yaydı - Video

Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama

Bakıda gənc qız küçədə oğlanı döydü — Video

Hikmət Hacıyev: “Prezident tapşırıq verdi ki, qisas alınsın”

loading...

Ən çox oxunanalar