Mehriban Əliyeva xalqımızı Respublika Günü münasibətilə təbrik edib...
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, təbrikdə deyilir:
"Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!"
pia.az