Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib

Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb...

Hazırda Mərkəzi Banka lisenziyanın alınması üçün müraciət edilib. Bu barədə “Report”a mənbə bildirib.

Mənbənin sözlərinə görə, koronavirus pandemiyasına görə müəyyən ləngimələr oldu: "İdarəedici şirkət formalaşdıqdan sonra aqrar məhsulların sığortalanması prosesinə başlanılması gözlənilir. Bu istiqamətdə bütün məsələlər plan üzrə aparılır. Bu ilin ikinci yarısında istehlakçılara sığorta xidmətlərin təqdim edilməsi gözlənilir”.

Mənbə qeyd edib ki, idarəedici şirkətdə təmsil olunacaq sığorta şirkətləri bərabər paylara sahib olacaq: “Səs çoxluğu, pay çoxluğu olmayacaq”.

Xatırladaq ki, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru sığortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədi ilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığortalanacaq. Heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar sığorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar