Bazar, 12 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist danışdı

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə koronavirusun əlamətləri müşahidə olunduğundan o, xəstəxanaya yerləşdirilib...

Hazırda xəstəxanada müalicə olunan sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində koronavirusdan verdiyi test nəticələrinin neqativ çıxdığını açıqlayıb:

“Ötən gün özümü çox pis hiss edirdim. Həkimlər məni reanimasiyaya yerləşdirdilər. Yaxma nümunələrin nəticələri mənfi çıxdı. Ürəyimdə problem var. Şəkərim və təzyiqim yüksəkdir. Bütün xəstəliklərim sanki baş qaldırıb. Ağciyərlərimdə sətəlcəm aşkarlanıb. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında həkimlərin ciddi nəzarəti altında müalicəmi davam etdirirəm”.

S.Əliyev ölkədə karantin rejiminin yumşaldılmasından sonra xəstələndiyini bildirib:

“Ölkədə karantin rejimi tətbiq olunandan bəri küçəyə çıxmırdım. Karantin rejiminin yumşaldılmasından sonra insanlar küçələrə axın etdi. Bir neçə saatlıq banka getdim. Qoruyucu maskadan istifadə etsəm də, işə yaramadı. Düşünürəm ki, elə bankda sətəlcəmə yoluxmuşam”.

S.Əliyevin ailə üzvlərindən koronavirusla bağlı test nümunələri götürülüb. Testlərin nəticələri neqativ çıxıb. 

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qüdrət Həsənquliyev Azərbaycanda çevriliş barədə yayılan şaiyələrdən danışıb

Nazirlikdən 190 manata qarpız alıb parçalayan şəxslə bağlı açıqlama

AZAL şefinin milyonluq mülkləri və gözqamaşdıran həyat tərzi - Fotolar

Prezidentin işdən çıxardığı icra başçısının varidatı açıqlandı - Siyahı +Foto

Öncə “Diqlas” sonra park... - İcra başçısının sonunu gətirən səbəblər - Həbs oluna bilər

Partiya sədrindən Mehdiyev və Məmmədyarova şok ittihamlar... 

Elmar Məmmədyarovun tikinti biznesi - "Diplomat 2008" MTK

Vəliyevin şirkəti 270 min dollarlıq iddia qaldırıb - Hər ay 42 833 dollar alacaq

İcra Hakimiyyətindən Azərbaycan bayrağına qarşı hörmətsizlik

Kəmaləddin Heydərov prezidenti aldadıbmı? - Ambulans qalmaqalının pərdə arxası

Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? 

loading...

Ən çox oxunanalar