Bazar, 12 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Yaradıcılığımı nazir vəzifəsinə qurban vermək istəmirəm”

“Mən insanların üzünə demədiklərimi arxasıyla danışa bilmirəm. Vəzifədə olan zaman tənqid edilməyib, sözlər deyilməyibsə, indi danışmağın mənası yoxdur”... 

Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə “3 D” proqramında qonaq olarkən deyib.

Məşhur rejissor bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilən Əbülfəs Qarayev barədə danışıb. O, Qarayev barədə sonradan yazılan tənqidlərin mənasız olduğunu bildirib.

Ələkbərzadə sözügedən vəzifəyə gəlmə barədə verilən sualı belə şərh edib: “Mədəniyyət naziri olmaq istəmirəm. Sosial şəbəkələrdə adıma rast gəlirəm. Yaradıcı insanam, bunu nəyəsə qurban vermək fikrində deyiləm. Ancaq teatrla bağlı hansısa bir sektorda bəlkə də, çalışa bilərəm. 5 ildən artıqdır ki, ənənəvi teatrda, Akademik Milli Dram Teatrında çalışan biri idim. YUĞ teatrında çalışmaq isə fərqli görünürdü. Əbülfəs Qarayev dedi ki, “YUĞ”a getməsən, teatr bağlanacaq, oranı yenidən ayağa qaldırmaq lazımdır. “YUĞ”a gələndə tamaşaçıların sayı səhnədə olan aktyorların sayından az idi. Zorla bilet sırıma yox idi. İndi bir tamaşaya baxmaq üçün 4-5 dəfə gəlib yer tapmamaq faktı ilə rastlaşırıq. Keyfiyyətli bir iş təqdim etdikdən sonra niyə tamaşaçı teatra gəlməsin ki?”

Ələkbərzadə bir zamanlar çalışdığı “Space TV”ni sərt şəkildə tənqid edib: “Telekanal hər gün tərbiyədə müstəsna rol oynayır. Bunu ancaq əyləncəyə, reklam bazarına çevirmək düzgün deyil. Gələcək nəsillər qarşısında böyük bir xətadır. Bütün KİV nəzərə almalıdır ki, biz yetərincə istirahət etmişik. Artıq maariflənmə işinə vaxt ayırmalıyıq. Adını çəkmək istəmədiyim kanal barədə bədbin fikirdəyəm. Meyar və tərəzini bərbad şəkildə pozub”.

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qüdrət Həsənquliyev Azərbaycanda çevriliş barədə yayılan şaiyələrdən danışıb

Nazirlikdən 190 manata qarpız alıb parçalayan şəxslə bağlı açıqlama

AZAL şefinin milyonluq mülkləri və gözqamaşdıran həyat tərzi - Fotolar

Prezidentin işdən çıxardığı icra başçısının varidatı açıqlandı - Siyahı +Foto

Partiya sədrindən Mehdiyev və Məmmədyarova şok ittihamlar... 

Öncə “Diqlas” sonra park... - İcra başçısının sonunu gətirən səbəblər - Həbs oluna bilər

Elmar Məmmədyarovun tikinti biznesi - "Diplomat 2008" MTK

Vəliyevin şirkəti 270 min dollarlıq iddia qaldırıb - Hər ay 42 833 dollar alacaq

İcra Hakimiyyətindən Azərbaycan bayrağına qarşı hörmətsizlik

Kəmaləddin Heydərov prezidenti aldadıbmı? - Ambulans qalmaqalının pərdə arxası

Azərbaycan belə talanır: 70 yaşlı məmurun milyonluq seyrəngahı… – Fotolar

loading...

Ən çox oxunanalar