Cümə, 03 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Netanyahu fələstinlilərlə bağlı böyük planın detallarını açıqladı

İordan vadisini birləşdirdikdən sonra bölgədə yaşayan fələstinlilərə İsrail vətəndaşlığı verilməyəcək... 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

O bildirib ki, burada yaşayan fələstinlilər Fələstin vətəndaşı olmağa davam edəcək.

Baş nazir sağçıların Donald Trampın Orta Şərq sülh planının Fələstinə müstəqil dövlət seçmək hüququ verməsi ilə bağlı tənqidlərinə də toxunub. O deyib ki, Fələstin xalqı Qərbi Şəriyədə İsrailin nəzarətini qəbul etsələr, Trampın dövlət olaraq açıqladığı quruluşa sahib olacaqlar: "Fələstinlilər Orta Şərq sülh planını qəbul etməsələr, çətin şərtlərə məruz qalacaqlar”.

B.Netanyahu eyni zamanda Qərbi Şəriyənin birləşdirilməsi halında Fələstin xalqının qəbul etməsi vacib olan şərtləri də açıqlayıb: "İsrailin Qərbi Şəriyədə tamamilə nəzarəti ələ alması, Qüdsün tamamilə İsrailin nəzarətində olması, bir dənə də olsun fələstinli miqrantın geri qayıtmaması, yəhudi yaşayış məntəqələrinin boşadılmaması, Fələstin xalqının İsrailin bütün bölgə üzərində müstəqilliyini qəbul etməsi vacibdir. Əgər onlar bu şərtləri qəbul edərsə, özlərinə aid quruluşları olacaq".

Baş nazir həmçinin qeyd edib ki, Qərbi Şəriyə ilə İordan vadisini birləşdirmək tarixi bir addım olacaq.

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Netanyahu


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyevin orada oturmağa haqqı yoxdur”

"Atamı Pənah Hüseyn öldürtdürüb" – Sürət Hüseynovdan sensasion açıqlamalar

“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadıldı və daha 7 rayona şamil edildi - Rəsmi

“Telekanal rəhbərinin məşuqəsi məni qısqanıb...“ -

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub

İqbal Məmmədovun 200 minlik lüks avtomobili - Foto

Azərbaycanlı professor koronavirusun dərmanını tapdı

Pandemiya kreditlərindən kimlər yararlanacaq? - Oliqarxlar, yoxsa...

loading...

Ən çox oxunanalar