Şənbə, 04 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Liviyada müharibə qızışır: Rusiya ilə Türkiyə qarşı cəbhələrdə...

Rusiyanın ardınca Türkiyə də döyüş təyyarələri göndərməyə hazırlaşır... 

Ankara Liviyada Fayez əs-Saracın başçılıq etdiyi Milli Birlik Hökumətinə bağlı qüvvələrin nəzarətində olan əl-Vatiyyə hərbi hava bazasında F-16 döyüş təyyarələri və pilotsuz təyyarələr yerləşdirməyə hazırlaşır.

Bu barədə Türkiyə KİV-ləri Tripolidəki mənbələrə istinadən yazır. Bildirilir ki, İtaliya, ABŞNATO Türkiyənin bu planlarına dəstək verir. Üstəlik Türkiyə Liviyaya artıq “Hawk” hava hücumundan müdafiə kompleksləri və radar sistemləri göndərib. Bu, Rusiyanın Liviyada qiyamçı feldmarşal Həlifə Haftara dəstək olaraq 10-dan artıq döyüş təyyarəsi göndərməsinə cavabdır.

“Habertürk” qəzetinin yazdığına görə feldmarşal Haftarı dəstəkləyən ölkələr başda Rusiya olmaqla Liviyadakı vətəndaş müharibəsini qızışdırmağa hazırlaşır. Qəzet yazır ki, Haftarın Liviya Milli Ordusunun paytaxt Tripolini tutmaq perspektivlərindən əlini üzən Rusiya indi planlarını dəyişib, feldmarşalın ölkənin hamısına yox, bir hissəsinə nəzarət etməsini düşünür. Başqa sözlə, Liviyanın parçalanması planları indi daha aktualdır.

Bildirilir ki, Rusiya şirkətləri artıq Haftarın nəzarətində olan bölgələrdə neft hasilatına dair icazələr alıb. Bu da Rusiyanın Liviyada uzun müddət qalmağı planlaşdırdığını göstərir. Qəzetin yazdığına görə, bu məqsədlə Rusiya Haftarın qüvvələrinə Suriya üzərindən döyüş təyyarələri göndərib. Həmin təyyarələri liviyalı pilotlar idarə edəcək.

Lakin Türkiyə “nə yolla olursa olsun, nəyə başa gəlirsə gəlsin” Liviyadan geri çəkilməyi planlaşdırmır və bu məqsədlə tezliklə əl-Vatiyyə bazasında hərbi koordinasiya mərkəzi adı altında öz bazasını quracaq. Orada F-16 qırıcılarının və pilotsuz döyüş təyyarələrinin yerləşdirilməsi planlaşdırılır. Türkiyənin Liviyaya göndərdiyi “Hawk” sistemləri isə artıq Haftarın qüvvələrinin istifadə etdiyi pilotsuz təyyarələrə qarşı tətbiq olunur.

Digər xəbərlərə görə Türkiyə son günlər karqo təyyarələri ilə Liviyaya suriyalı muzdlular daşıyır. Minlərlə muzdlunun artıq Liviyaya göndərildiyi bildirilir. Bu da Haftarın qüvvələrinin yaxın günlərdə Rusiyadan aldığı dəstəklə yeni hücumlara başlamaq planlarına cavabdır. Bununla belə Türkiyədə hesablayırlar ki, Rusiya Suriya müharibəsi ilə bağlı çətinliklərlə qarşılaşır və Əsədə dəstəyin ona getdikcə daha baha başa gəldiyini nəzərə alaraq Liviyada NATO-nun dəstəklədiyi Türkiyə ilə daha genişmiqyaslı toqquşmaya getməzdi.(virtualaz.org)

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Liviya


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-nin “qara qutusu” bülbül kimi ötübmü? - “Qara qutu”nun səs yazısı...

XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

Sabiq nazir DTX-nin XİN-də keçirdiyi əməliyyatla bağlı açıqlama verib

“AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko”nun həkimləri

Oqtay Əsədov Eldar Mahmudova hansı məlumatları ötürüb?..

Ramiz Mehdiyev Prezident olmaq istəyib? - Deputatdan şok iddia

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası... 

Prezident tanınmış yazıçıya ev bağışladı - Foto

"Kimlərsə vətənə xəyanətdə, cəsusluqda ittiham edilirlərsə…" - Aslan İsmayılov

Bu rayonlarda koronavirusa yoluxma səviyyəsi çox aşağıdır 

Bu dəfə karantin qaydalarını - Operativ Qərargah pozdu

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

loading...

Ən çox oxunanalar