Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qulu Məhərrəmli: "Jurnalistlər pula boyun əydilər" 

"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan və jurnalistlər müftə pul alandan sonra bunlar çox razılıqla boyun əydilər. Pula boyun əydilər, rahatlığa boyun əydilər"... 

Bu fikirləri "Azadlıq radiosu"na müsahibəsində tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli, mətbuatın son illərdə dərin böhran içərisində olduğunu xüsusi qeyd edib:

"Bizim mətbuat bir neçə ildir ki, ciddi və hərtərəfli böhran içərisindədir. Buna nə dərəcədə mətbuat demək olar ? Bilmirəm. Çünki ən aşağısı 10-15 ildir Azərbaycan mətbuatı öz həqiqi reysindən çıxıb və tamam başqa işlərlə məşğuldur. Azərbaycan mətbuatının ruhuna çökmüş o təbliğatçılıq ruhu gerçəyi görməyə imkan vermir. O gerçəyi görməyəndə, cəmiyyət hara getdiyini bilmir. O gerçəyi görməyəndə, hakimiyyət də bilmir cəmiyyəti hara aparır. Ona görə mətbuatın missiyası nədir? Çox sadə. Cəmiyyəti məlumatlandırmaq, gedən proseslər barədə bilgilər vermək, hökumətin nə iş gördüyünü, cəmiyyətin nə düşündüyünü, bunun fikrini ona, onun fikrini buna çatdırmaqdır. İndi baxın, bu mətbuata məsul olan şəxsləri bir-bir vəzifədən çıxardırlar, atırlar. Amma nə dəyişəcək? Doğurdanmı təmənnalı, əli onun-bunun gözündə olan bu qəzetlər, bu saytlar, bu media rəhbərləri doğurdanmı gerçək yola qayıda biləcək?
Hələlik fundamental heç nə dəyişmir. Yenə media rəhbərlərinin gözü onun-bunun əlindədir ki, görüm bizə kim göstəriş verəcək ? Ağa axtarmaq, sahib axtarmaq, yiyə axtarmaq bizim mətbuatın ən ciddi fəlakətidi".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar