Cümə, 03 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Bilmirsən ki, bu hökümətdəkilər nə ilə düşünürlər?..” - Qubad İbadoğundan TƏBİB-ə iradlar

“Mall”arın fəaliyyəti bərpa olunur, kafe və restoranlarda iş saatı 22-dək artırılır. Elə bil ki, virus yalnız saat 22-dən sonra yayılır, 22-dək yatır”...

Azərbaycanda bu gün 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Dünən 191 nəfər yeni yoluxma faktı var idi. Bu, o deməkdir ki, gündəlik yoluxma sayı son 2 gündə 200-ü ötüb. Əvvəllər deyirdilər ki, havalar istiləşəndə virus özü-özünə yox olacaq. Əksini müşahidə edirik”.

Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qeyd edib.

“Bu gün keçirdiyi brifinqdə TƏBİB sədri qeyd edib ki, “say beynəlxalq statistikaya uyğundur. Dalğavari yüksəlişə nəzər salsaq, görərik ki, əhali tələb olunan qaydalara əməl etmir. Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik. Sərtləşməni də müəyyən səbəblərdən edə bilmirik”. Maraqlı və ziddiyyətli açıqlamadır. TƏBİB sədrinin qənaət budur ki, yoluxma sayının artmasının günahı əhalinin özündədir. Təklif edir ki, yoluxmanın sayının artımının qarşısını almaq üçün sərtləşmə olmaldır, amma edə bilmirik. Nəyə görə edə bilmədiklərinin səbəbini göstərmir. Eyni zamanda dolayı yolla təsdiq edir ki, hazırkı ağır durum idarəetmənin düzgün qurulmaması ilə əlaqədardır. Maraqlı odur ki, bir tərəfdən karantin rejimi iyunun 15-dək uzadılır, digər tərəfdən də iri ticarətə məhdudiyyətlər aradan qaldırılır, “Mall”arın fəaliyyəti bərpa olunur, kafe və restoranlarda iş saatı 22-dək artırılır. Elə bil ki, virus yalnız saat 22-dən sonra yayılır, 22-dək yatır”,-deyə ADR sədri əlavə edib.

Q. İbadoğlunun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Nazirlər Kabinetinin Operativ Qərargahı ilə TƏBİB arasında fikir ayrılığı mövcuddur: “Ümumiyyətlə, hökümətin yanaşmasında iqtisadiyyatın açılması və dövlət dəstəyinin dayandırılması əhalinin sağlamlığı və təhlükəsizliyindən daha öndədir. Bir sözlə, hökümət pandemiyaya görə vəsait xərcləmək istəmir. Hesab edir ki, başlı başın saxlamalıdır. Yeri gəlmişkən, gələn aydan başlayaraq, işsiz əhaliyə olan 190 manat birdəfəlik yardım, fərdi (mikro) sahibkarlara dəstək də dayandırılacaq. Görək, bundan sonra necə olacaq? Yardımı kəsilənlər işlə təmin olunacaqmı? İşsizlərə sığorta haqqı ödəniləcəkmi? Açıq qalan və cavab gözləyən suallar çoxdur. Bu hakimiyyətə güvənmək olmaz. Odur ki, əhali narahatlığı olduğu kimi anlamalıdır və özünü qorumalıdır. Hökümətə gəlincə, qərarlar əlaqəli deyil, kordinasiya olunmur, yoluxma sayı artır, karantin rejimi yumşaldılır və uzadılır. Halbuki, yoluxma sayı azalanda karantin rejimi sərtləşdirilirdi. Bilmirsən ki, bu hökümətdəkilər nə ilə düşünürlər, başla, yoxsa?”

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-də əməliyyat: Elmar Məmmədyarovun yaxın dostu və işçisi saxlanıldı – Yenilənib

“Ramiz Mehdiyevin orada oturmağa haqqı yoxdur”

"Atamı Pənah Hüseyn öldürtdürüb" – Sürət Hüseynovdan sensasion açıqlamalar

“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadıldı və daha 7 rayona şamil edildi - Rəsmi

“Telekanal rəhbərinin məşuqəsi məni qısqanıb...“ -

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub

İqbal Məmmədovun 200 minlik lüks avtomobili - Foto

Azərbaycanlı professor koronavirusun dərmanını tapdı

Pandemiya kreditlərindən kimlər yararlanacaq? - Oliqarxlar, yoxsa...

loading...

Ən çox oxunanalar