Cümə, 03 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Əflatun Amaşovdan mənzil qalmaqalı haqda açıqlama: “...Cəzalandırılmalıdır!”

Korrupsiya idarəsində dindirilən jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir...

Onlar iddia edir ki, müraciətdə Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə ediklərini vurğulayıblar. Həmçinin jurnalistlərə verilən evlərin bir çoxunun məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilməsi qeyd olunub.

PİA.az xəbər verir ki, məsələ ilə bağlı adı korrupsiya əməlində hallandırılan Mətbuat Şurasının sədri Əflatun Amaşov Criminal.az saytına açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmadığını deyir.

Şura sədrinin sözlərinə görə, əgər jurnalistrə hüquq-mühafizə orqanına müraciət ediblərsə, bu işin obyektiv araşdırlmasında maraqlıdır: "Mən hazırda deyiləm, jurnalistlərin müraciətindən xəbərsizəm. Kimin nə iradı, faktı varsa korrupsiya idarəsinə təqdim etsin. Mətbuat Şurasının sədri kimi maraqlıyam ki, müraciət edən jurnalistlərin iradları ciddi araşdırılsın. Çünki, fondun yaranmasında, jurnalistlərə mənzillərin verilməsində mənim də təşəbbüsüm və rolum olub. Ona görə də, istəyirəm ki, araşdırma aparılsın, nəticələr mənə də maraqlıdır. Mən ev bölgüsündə saxtalıq olmasında xəbərsizəm. Müraciət edən edən jurnalistlərin bildikləri fakt varsa, ola bilsin korrupsiya idarəsində söyləyəcəklər. Nəticələr maraqlı olacaq".

Ə.Amaşov deyir ki, bu məsələdə kimlərin rolu varsa cəzalandırılmalıdır. Mənzil məsələsi dünyanın heç bir yerində olmayan təşəbbüsdür: "Ölkə rəhbəri jurnalistləri təmənnasız mənzillərlə təmin edib. Bu evlər prezidentin adı ilə bağlıdır. Ölkə başçısının jurnalistlərə hədiyyəsidir. Bu məsələ açıq və şəffaf olmalıdır. Kimlərinsə zərrə qədər günahı varsa hüquqi qiymətini almalıdır".

Media işçilərinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilməsi ilə bağlı Baş Prokurorluq heç bir açıqlama yaymayıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyevin orada oturmağa haqqı yoxdur”

"Atamı Pənah Hüseyn öldürtdürüb" – Sürət Hüseynovdan sensasion açıqlamalar

“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadıldı və daha 7 rayona şamil edildi - Rəsmi

“Telekanal rəhbərinin məşuqəsi məni qısqanıb...“ -

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub

İqbal Məmmədovun 200 minlik lüks avtomobili - Foto

Azərbaycanlı professor koronavirusun dərmanını tapdı

XİN-də əməliyyat: Elmar Məmmədyarovun yaxın dostu və işçisi saxlanıldı – Yenilənib

loading...

Ən çox oxunanalar