Şənbə, 11 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dollar elə şişib ki, axırda partlayacaq - Sem dayının nəfəsi kəsilir...

Koronavirus ortaya çıxmasa belə, ABŞ iqtisadiyyatı onsuz da çökürdü. Dollar o qədər şişirdilib ki, axırda partlayacaq...

Doğu Perinçek
“Aydınlık” qəzeti, Türkiyə, 31 may 2020-ci il

28 may 2020-ci il tarixində alicənab insanların yaşadığı Minneapolis şəhərində ABŞ polisinin qaradərili Corc Floydun boynunu yerə sıxaraq nəfəsini kəsdiyi o mənzərə tamamilə aldadıcıdır. Çünki tarix sabah da “Sem dayı”nın (ABŞ-ın simvolu) nəfəsini kəsənləri qınayacaq.

İqtisadi daralma və işsizlik

Koronavirus ortaya çıxmasa belə, ABŞ iqtisadiyyatı onsuz da çökürdü. Dollar o qədər şişirdilib ki, axırda partlayacaq. Yəni dolların səltənəti çökür. Bu məsələ ilə bağlı “Teori” jurnalının 1 iyun 2020-ci il tarixli sayından geniş məlumat əldə edə bilərsiniz.

Pandemiyadan əvvəl də işsizlik rekord həddə çatmışdı. Son 2 ay yarımdır ki, işsizlik müavinəti üçün müraciət edənlərin sayı 40 milyonu keçib. 1929-cu ildə Böyük Böhrandan bəri işsizlik artımı rekord həddə çatıb.

ABŞ Mərkəzi Bankı FED-in məlumatına görə, Ümumi Daxili Məhsulda illik daralma aprel ayının sonunda 4,8% təşkil edib. Daralmanın daha da artacağı gözlənilir. Dərinləşən böhran 2008-ci ildəki böhrandan belə daha ağırdır. İflaslar və işdən çıxarma prosesləri ciddi təhlükə yaradır.
Korondan həyatını itirənlər arasında qaradərili insanların sayı daha çoxdur.

ABŞ təcavüzü

İndiki mühitdə ABŞ Çin və Rusiya hərbi rəqabəti qızışdırır, Pentaqon sayəsində yeni tənzimləmə planları hazırlayır, Cənubi Çin dənizi və Honkonq üçün təxribatlar planlaşdırır, Əyn əl-Ərəbin yollarına maneələr qoyur, Suriya daxilində və Türkiyə sərhədində dollar vasitəsilə PKK dövlətçiliyi qurmağa çalışır.

Üstəlik, təkcə ABŞ iqtisadiyyatı deyil, ABŞ-ın silahlı təcavüzü də sona yaxınlaşır.

Silahlanan amerikalı

Birləşmiş Ştatlar hədəf aldığı ölkələrdə etnik və mürtəce terrorunu yenidən yaratmağa çalışarkən, öz daxilindəki azlıqlar və yoxsullar da etiraz etməyə başlayıblar.

Koronavirus pandemiyasında ABŞ-lı insanlar silahlandılar. Ora həm də elə bir yerdir ki, insanlar hətta qonşularından belə qorxurlar. Bunu televiziyada görürük: polis məntəqələri yandırılır, dükanlar talan olunur, hətta ABŞ bayrağı Ağ Evin qarşısında yandırılır.

Daxildə və xaricdə nəfəsi kəsilən ABŞ

Qaradərililər, hispaniklər, asiyalılar, ABŞ-dakı işsizlər və yoxsullar sistemə qarşı üsyan edirlər. Qarşıdakı dövrdə xalq hərəkatının böyüyəcəyi gözlənilir. Lakin problem ondadır ki, bu populyar hərəkat üsyankarlar arasında əriyib getmir, əksinə çox ağıllı bir heyət tərəfindən idarə olunur.

ABŞ artıq rəsmən Mehmet Akifin də dediyi kimi “tək dişi qalmış bir canavar”dır. Mao Zedunq ABŞ təhdidinin çox ciddi olduğu illərdə belə bu ölkəni “kağız pələng”ə bənzətmişdi. Hətta 1950-1960-cı illərdəki o dəbdəbəli ABŞ belə Sovet İttifaqına və Çinə qarşı müharibə elan edə bilmədi. Bu variant dəfələrlə müzakirə edildi, lakin çox qeyri-real olduğuna qərar verildi.

Qarşıdakı dövrdə ABŞ üçün Çin və Rusiya kimi rəqiblərini hədəf alan böyük döyüş yolları bağlı olacaq. Çünki Pentaqon, MKİ və Xarici İşlər Nazirliyinin qurduğu müharibə oyunlarında Çin və Rusiya ilə aparılacaq hərtərəfli müharibələr məğlubiyyətlə nəticələnəcək.

ABŞ-ın zərbələrinə qiymət verərək ortaya atılan proqnozlarn heç biri düz çıxmır. Sonuncu dəfə gördüyümüz kimi, İran tankerləri Venesuela dənizinə girdi və beləliklə, ABŞ-ın təhdidlərinin əbəs yerə olduğu ortaya çıxdı.

Regional müharibələr hələ də davam edir və yeni toqquşmalar da gündəmə gələ bilər. Lakin ABŞ böyük rəqibləri ilə hərtərəfli müharibə aparmaq iqtidarında deyil.

Monro, Keyns və Ruzveltin geri dönüşü

ABŞ-ın gələcəyini öz tarixinə xas olan üç sima ilə izah edə bilərik: Monro, Keyns və Ruzvelt.

ABŞ bu böhrandan çıxmaq üçün istər-istəməz daha çox öz içinə çəkilməyə çalışacaq. Başqa sözlə, bir növ Monro doktrinası yenidən gündəmə gəlib.

Yüksələn xalq hərəkatı məşğulluğu və daxili tələbatı artıran Keyns siyasətlərinə olan tələbi daha da artırır. ABŞ 1929-cu ildəki Böyük Böhrandan Ruzveltin Yeni Razılaşma proqramı sayəsində çıxmışdı. Ruzvelt bu proqramla sədəqə paylamaq əvəzinə, məşğulluğu genişləndirdi və iş imkanları yaratdı.

Dünya ilə olan münasibətlərində ABŞ-ın tək şansı qalıb. O da Ruzveltin İkinci Dünya Müharibəsindən əvvəl və müharibə dövründə etdiyi kimi dünya ilə daha güzəştli siyasətlər aparmaqdır.

Tək dişi qalmış canavarın bu dişi qorumağa yönəlmiş siyasətlər aparması gözlənilir. Onsuz da ABŞ-ın təhlükəsizlik hesabatları da buna işarə edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var” - Fəzail Ağamalı 

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı - Təfərrüatlar

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi

Adı “MTN işi”ndə hallanan sabiq icra başçısı Londonda şirkət açdı

Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı

Qərar təsdiqləndi: Aya Sofya muzeyi məscid olaraq fəaliyyət göstərəcək

Eldar Mahmudovun yeni milyardları… – “Zaminbank” ona necə kömək edib?

Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənddən - Videoreportaj

loading...

Ən çox oxunanalar