Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başçısı həbs olunmuş rayonda tenderləri kim udurmuş? - Siyahı

Hazırda həbsdə saxlanılan və Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı ilə qollarına qandal vurulan Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin rəhbərliyi dövründə yerli RİH-in kimlərə pul yedizdirdiyi ortaya çıxıb...

Belə ki, 2019-cu ilin yanvar-dekabr aylarında Ağstafa rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 878 min 913 manat olan 24 tender keçirilib.Xatırladaq ki, Nizaməddin Quliyev Ağstafa RİH-ə Goranboydan göndərilmişdi və keçən ilin aprel ayının 5-dən həmin vəzifəni tuturdu.

Ən çox tender keçirən qurum Ağstafa Regional Mədəniyyət İdarəsi olub. Mədəniyyət İdarəsi 11 tender keçirib. Tenderlərinin ümumi məbləği 416,4 min manatdır.

Ağstafa Rayon İcra Hakimiyyəti isə 2019-cu ildə ümumi məbləği 1 milyon manatdan çox tender keçirib. Qurumun ümumi məbləği 932,2 min manat olan 5 tenderini "Səma MM İnşaat" MMC qazanıb.

Rayon üzrə ən çox tender qazan "Səma MM İnşaat" MMC-dir. Şirkət ümumi məbləği 1 milyondan çox olan 6 tenderin qalibi olub.

Bundan başqa, "Ayzberq-M" MMC şirkəti Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin 226,2 min manatlıq tenderinin qalibi olub.

Rayonda Ağstafa rayon Gənclər və İdman İdarəsi, Ağstafa Suvarma Sistemləri İdarəsi və başqa qurumlar satınalmalar həyata keçiriblər.

Hər halda, bu faktların özü belə müvafiq dövlət qurumlarının diqqətini cəlb etməlidir. Ən azından növbəti yeyinti ifşası naminə...(dia.az)

pia.az


Etiket: Ağstafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar