Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çinə qarşı Rusiya ilə gizli sazişə gedərmi?

Əvvəlcə maraq və şərtlər, sonra isə siyasət dəyişir...

Mehmet Ali Güller

“Cumhuriyet” qəzeti, Türkiyə, 28 may 2020-ci il

Keçən həftə Rusiyanın Əsəddən imtina etməsi barədə iddianı araşdırmış, Kremlin maraq və şərtlərinin dəyişmədiyini, beləliklə, Rusiyanın Əsədə dəstəyinin davam etdiyini qısaca xatırlatmışdıq…

Rusiyanın Əsəddən imtinası barədəki iddia ilə paralel şəkildə gündəmə salınan digər bir iddia da Rusiyanın ABŞ-la birgə “paylaşma sazişi” bağlamasıdır.

Bu gün də bu iddianı araşdıracağıq.

ABŞRusiya əks cəbhələrdə

ABŞRusiya Orta Şərqdə əks cəbhələrdədir və mübarizələri, qarşıdurmaları davam edir. Hətta bunun Şərqi Ağ dənizə qədər gedəcəyinin işarələri var. Hələ dünən ABŞ donanması bir açıqlama verərək, rus Su-35-lərinin Şərqi Ağ dənizdə ABŞ-a aid kəşfiyyat təyyarəsinə qarşı təhlükəli həmlələr etdiyini bəyan edib (27.05.2020-ci il).

Yəni, həm yerli, həm də qlobal ölçüdə bitən bir mübarizənin deyil, davam edən və daha da kəskinləşəcək bir toqquşmanın işarələri var.

ABŞ-ın Rusiya üçün bataqlıq hədəfi

Suriya cəbhəsi, Ukrayna cəbhəsi kimi, ABŞ ilə Rusiya arasındakı münaqişənin bir parçasıdır.

Əlbəttə, demək olar ki, hər cür münaqişənin son mərhələsində yaxşı bir saziş bağlanır. Ancaq münaqişənin davam edən təbiəti ilə, hələ ki, belə bir sona yaxınlaşılmayıb. Hələ ortada “paylaşma” prosesi də yoxdur.

Əksinə, ABŞ-ın SuriyaRusiya üçün bataqlığa çevirmə təklifi var. ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri bunu açıq-aşkar dilə gətirib: “Suriyadakı hərbi varlığımızı davam etdirəcəyik və məqsədimiz Rusiya üçün Suriyadakı müharibəni “ölü nöqtə” halına gətirməkdir” (14.05.2020-ci il).

Xülasə, “ABŞ-ın Çinə yönəlməsi üçün Orta Şərqi Rusiyaya buraxması” iddiası əşyanın təbiətinə ziddir.

ABŞ Orta Şərqdən, gec-tez, çəkiləcək (hissə-hissə çəkilir), ancaq bu, bölgənin müqaviməti ilə olacaq, Rusiya ilə saziş bağlamaqla yox!

Rusiya-İsrail əməkdaşlığının yaratdığı narahatlıq

Üstəlik, ABŞ hegemonluğu tənəzzülə uğrayır və ABŞ müdafiədədir – Orta Şərq digər bir yönü ilə hələ ABŞ-ın Çinə və Rusiyaya qarşı müdafiə xəttidir.

ABŞ Dövlət katibi Mayk Pompeonun 8 saatlıq İsrail səfəri “İlhaq planı”nı müzakirə etməkdən daha çox, ABŞ-ın Çin-İsrail əməkdaşlığından duyduğu narahatlığı bildirmək üçün idi. Pompeo “İsrailin Çinlə əməkdaşlıq etməsi Vaşinqtonun Təl-Əvivlə önəmli layihələrdə çalışmasını təhlükəyə atır” deyə, bildirmişdi (14.05.2020-ci il).

Çox yox, cəmi 2 həftə sonra bu hadisə yaşandı: “İsraildə, təxminən 1,5 milyard dollara başa gələcəyi gözlənilən dəniz suyu təmizləyici qurğusunun yaradılması üçün tenderdə son iki sırada iştirak edən Çin firması ABŞ-ın təzyiqi səbəbindən tenderdən çəkildi” (27.05.2020-ci il).

Başqa sözlə, ABŞ “Bir kəmər – Bir yol” layihəsinin Yaxın Şərqdə əlaqəsini kəsmək problemi ilə üzləşib və əsgərləri hissə-hissə geri çəksə də, qarşısında belə bir iş olacaq.

Digər tərəfdən, ABŞ-ın İsraillə münasibətlər baxımından narahatlığı təkcə Çin-İsrail əməkdaşlığı ilə əlaqəli deyil, o, Rusiya-İsrail münasibətlərindən də narahatdır!

Maraqlar və şərtlər

Digər tərəfdən, əlbəttə ki, müttəfiqlər arasında problemlər olar və bunlar var – Rusiya ilə Türkiyə arasındakı Liviyaya, habelə Türkiyənin Rusiya ilə İran arasındakı İdlib siyasətinə dair.

Bundan əlavə, Moskva İsrail-İran münaqişəsini hər iki qüvvə arasındakı boşluğu pozmadan icra etməyə çalışır.

Digər tərəfdən, İranın Suriyada olmasının ABŞ və İsrail tərəfindən Rusiyaya təzyiq kimi istifadə edildiyi açıq-aşkar görünür.

Bir sözlə, bunlar çoxparametrli tənliklərdir…

Məsələ insan münasibətləri müstəvisində həll ediləcək qədər sadə deyil. Başqa sözlə, “Putinin, əslində, Əsədə şəxsi nifrəti var” və ya “Çünki Trampın kürəkəni yəhudidir!” deməklə, bütün Yaxın Şərqi təhlil etmək mümkün deyil.

Qayda belədir: əvvəlcə maraqlar və şərtlər, daha sonra siyasət dəyişir!(Tərcümə Strateq.az)

pia.az


Etiket: ABŞ Çin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar