Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun övladlarının Londonda 17 milyonluq malikanəsi varmış

Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb...

PİA.az “The Guardian” qəzetinin bu gün apardığı araşdırmaya istinadən xəbər verir ki, bunlardan biri də Londonun məşhur “Harrods” mağazasının yaxınında yerləşən 17 milyon funt sterlinq dəyərində 4 mərtəbəli malikanədir.

“Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib.

Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib.

Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandıqlarını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər.

Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb.

Eyni zamanda araşdırmada müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər. (Qafqazinfo)

pia.az

 


Etiket: Eldar Mahmudov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar