Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qənirə Paşayeva Ramil Səfərovun qonağı olub

Milli Məclisin deputatı Qənirə Paşayeva polkovnik-leytenant Ramil Səfərovun evində qonaq olub...

PİA.az-ın xəbərinə görə, deputat bu barədə sosial media hesabında paylaşım edib: “Dəyərli qardaşımız, Macarıstanda məhkəmə qarşısında dayananda, "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda, cəzan çox ağır olacaq!" dediklərində belə, son sözündə məhkəməyə üz tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik.

Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə isə demək istəyirəm ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu. Çünki Ramillə və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassız iddiaları, qitə məhkəməsi qəbul etmədi; bununla da ermənilərin bununla bağlı bütün çirkin niyyətləri puç oldu...”. (Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar