Cümə axşamı, 02 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi" - Fəzail Ağamalı

"Vahid Əhmədovun fikirləri qərəzlidir və Zakir Həsənov Azərbaycan dilində ondan da yüksək səviyyədə danışır”...

PİA.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov barədə səsləndirdiyi əsassız fikirlərə münasibət bildirərkən deyib.

O, parlamentin iclasında məsələyə münasibət bildirdiyini söyləyib: "Vahid Əhmədovun fikirləri başdan ayağa qərəzlidir və birbaşa nostalji hislərlə bağlıdır. Azərbaycan cəmiyyətinə də sirr deyil ki, Vahid Əhmədovun keçmiş Müdafiə naziri Səfər Əbiyevlə çox yüksək münasibətləri vardı və Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi. Onlar arasında ciddi iş birliyi var idi və s. Bu baxımdan görünür ki, Vahid Əhmədov həmin imkanları itirməsini və Səfər Əbiyevdən fərqli olaraq Zakir Həsənovun Azərbaycan dövlətçiliyinə, Azərbaycan Ordusuna, əsgərinə, zabitinə, torpağa sədaqətini həzm edə bilmir”.

F.Ağamalı vurğulayıb ki, Zakir Həsənov çox böyük və üstün keyfiyyətlərə malik olan milli ruhlu generaldır: "O, Müdafiə naziri təyin olunandan sonra Müdafiə Nazirliyində qayda-qanun yaratdı, ciddi islahatlar apardı, ordunun maddi-texniki bazası gücləndirildi və ən müasir silahlarla təmin edildi. Səfər Əbiyevin vaxtında bunlar yox idi. Onun nazir işlədiyi zaman köhnə silah alırdılar, onu da yeni silah adı ilə təqdim edirdilər. Nəticədə də külli miqdarda vəsait göyə sovrulurdu. Zakir Həsənov bunların heç birini etmədən Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Vahid Əhmədovun da söylədiyi fikirlərin heç bir əsası yoxdur. Bu fikirlər başdan ayağa konyukturadır, qərəzlidir. Zakir Həsənov normal qaydada, hətta Vahid Əhmədovdan da yüksək səviyyədə Azərbaycan dilində danışır. Vahid Əhmədov özünün danışığı ilə Zakir Həsənovun danışığını müqayisə etsin. Onda görəcək ki, Zakir Həsənov Azərbaycan dilində daha səlis, dialektsiz danışır, nəinki Vahid Əhmədov”. (Sfera.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Deputat örnəyi: Sabir Rüstəmxanlı Neftçalanın su savaşında ön cəbhədə...

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən açıqlama

Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? - Tükürpədici faktlar..

Baş Nazir Əli Əsədovdan icra başçılarına yeni tələb - Operativ Qərargahın videomüşavirəsi keçirilib

Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər

Qurban bayramında 4 gün iş olmayacaq - Baş Nazirdən qərar

“Milli Məclisdə oturub qadağaları sadalamaqla iş bitmir” – Xalq artisti

“Azərsu” sədri su qıtlığı barədə: “Bir sıra mənbələr tikililərin altında qalıb”

Pensiya və təqaüdlərlə bağlı nazirlikdən mühüm açıqlama

loading...

Ən çox oxunanalar