ABŞ prezidenti Donald Tramp, 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı Ağ Evin qarşısında keçirilən kütləvi etirazlar zamanı Vaşinqtonun mərkəzində yerləşən yeraltı bunkerdə gizlənib...
PİA.az-ın xəbərinə görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, qərar şənbə gecəsi etirazların ən qızğın vaxtı verilib. Buna ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları təkid edib.
CNN-in məlumatına görə, Tramp sığınacaqda bir saatdan az vaxt keçirib. Ailə üzvlərinin də orada olub-olmaması hələlik məlum deyil.
Nəşr qeyd edir ki, bəzi işçilərə iğtişaşların yenidən başlanması təhlükəsi səbəbindən Ağ Evə işə gəlməmələrinə icazə verilib. (Report)
pia.az