Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bank sektorunu yeni qara günlər gözləyir - Problemli kreditlər artacaq...

Kreditlərin verilməsinin məhdudlaşdırlması, o cümlədən faizlərin qaldırılması bank sektorundakı böhranı önləyə bilərmi?..

İqtisadçı-ekspert: “Bu addımlar bank sektorundakı böhranı önləməyəcək və daha da dərinləşdirə bilər. Çünki məhdudiyyət addımları ilə bank sektorunda olan problemlərin həll edilməsi mümkünsüzdür”.

“Banklar kreditləri ona görə azaldırlar ki, riskləri dəyərləndirirlər. Ölkədə iqtisadi aktivliyin çox aşağı olduğu bir şəraitdə banklar risk edib kreditləşməyə getmək istəmirlər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bank sektorunda baş veeənləri PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda bankarın böyük əksəriyyəti ya kreditləşməni tamamilə dayandırıb, ya da ciddi şəkildə məhdudlaşdırıb. Bir çox banklar isə faizləri qaldırıb.

Bank sektorunda nə baş verir və kreditlərin verilməsinin məhdudlaşdırlması, o cümlədən faizlərin qaldırılması bank sektorundakı böhranı önləyə bilərmi və hazırda manatın məzənnəsi ilə bağlı bank setorunda təşviş hiss olunurmu?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “İndi inzibati yollarla valyutaya olan tələbatın azaldılması, satışlarına məhdudiyyətlərin qoyulması bir müddətdən sonra ölkə iqtisadiyyatında çox ciddi mənfi fəsadlara səbəb ola bilər”.

Faizlərin artırılması, daha sərt kreditləşmə siyasətini həyata keçirməkdənsə, Mərkəzi Bank, özəl banklar və hökumətin birgə ortaq komissiya qurmalı olduqlarını düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, birgə komissiya qurmaqla həm iqtisadiyyatda zəifləmənin qarşısın almaq, həm də kreditlərin təhlükəsizliyini təmin etmək üçün konsepsiya hazırlamalıdırlar. Çox təəssüf ki, bununla bağlı heç bir addım atılmayib:

“Kreditin faizini qaldırmaqla, ya da kredit verməyi dayandırmaqla bank sektorundakı böhranı önləmək mümkün deyil və əksinə bu addımlar böhranı daha da dərinləşdirə bilər. Çünki məhdudiyyət addımları ilə bank sektorunda olan problemlərin həll edilməsi mümkünsüzdür. Faizləri ona görə qaldırdılar ki, depozit faziləri artdı. Yəni sığortalanan depozit faizləri 10 faizdən 12 faizə qaldırıldı. Banklar da bundan istifadə edərək kredit fazilərini qaldırmaq yolunu tutdular.

Banklar kreditləri ona görə azaldırlar ki, riskləri dəyərləndirirlər. Ölkədə iqtisadi aktivliyin çox aşağı olduğu bir şəraitdə banklar risk edib kreditləşməyə getmək istəmirlər. Məlumdur ki, həm istehlak, həm də biznez kreditlərinin geri qaytarılması problemləri artacaq. Biz bunu öncədən xəbərdarlıq etmişdik. İndiki şəraitdə, təqribən sentyabr, oktyabr aylarında problemli kreditlərin həcmində kəskin artım müşahidə olunacağı gözlənilir. Bu riskləri nəzərə alaraq bank sektoru çalışır ki, kreditləri daha güvənilən xətlərlə ayırsınlar. Yəni geri dönməsi 100 faiz əmin olduqları xəttlərə kredit verməyə çalşırlar. Bu da ümumi iqtisadi vəziyyətə əksinə mənfi təsir göstərən amildir.

Natiq Cəfərli: “Nəticə etibarilə 2-3 aydan sonra problemli kreditlərin həcmi kəskin artacaq. Banklar bunu bilir. Buna görə də problemli kreditlər daha çox artmasın deyə kreditləri azaldıblar”.

Bütün dünya pandemiyadan sonra, yaxud da pandemiya dövründə əksinə daha ucuz kredit verməklə, daha bol kreditlərə çıxış imkanları yaratmaqla kiçik və orta sahibkarlığı həm ayaqda tutmağa çalışırlar, həm iş yerlərinin bağlanmasının qarşısını almağa çalışırlar, həm də istehlak kreditləri vasitəsi ilə ticarəti canlı tutmaqla iqtisadiyyatın çartlarının yenidən dönməsinə təmin etməklə məşğuldurlar. Azərbaycanda isə çox şey tərsinə olduğu kimi burada da tərs effekt yaranır. Banklar kredit vermirsə, deməli iqtisadiyyat daha zəifləyir. İqtisadiyyat zəiflədikcə bank müştərilərinin özləri, yəni fiziki, hüquqi şəxslər daha az qazanır. Daha az qazandıqca da köhnə kreditlərini qaytarmaqla bağlı problemlər yaşanır.

İqtisadiyyatın kreditləşməsinin azalması nəticə etibarilə ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərir ki, iqtisadi aktivlik azalsın. İqtisadi aktivliyin azalması enində sonunda bankların özünə ziyandır. Ona görə də belə primitiv qaydalar qəbul etməkdənsə, yəni faizlərin artırılması, daha sərt kreditləşmə siyasətini həyata keçirməkdənsə, Mərkəzi Bank, özəl banklar və hökumət birgə ortaq komissiya qurmalı idilər. Necə ki, bunu bir çox Avropa ölkələri, hətta Rusiyada etdilər. Belə birgə komissiya qurmaqla həm iqtisadiyyatda zəifləmənin qarşısın almaq, həm də kreditlərin təhlükəsizliyini təmin etmək üçün konsepsiya hazırlamalıdırlar. Çox təəssüf ki, bununla bağlı heç bir addım atılmayıb.

Hətta pandemiya dövründə faiz kreditlərinin dondurulması ilə bağlı bir çox ölkələr addımlar atdı. Azərbaycanda isə faizlər dondurulmadı və hələ də faizlər hesblanır. Amma insanların işləri yox, gəlirləri azalıb. Biznez sahələri də rəsmi olaraq bağlanılıb. Məsələn turizm, ictimai iaşə obyektləri tamamilə bağlanıb. Onların gəlirləri yoxdursa, təbii ki, kreditləri qaytarmaq imkanları da olmayacaq. Nəticə etibarilə 2-3 aydan sonra problemli kreditlərin həcmi kəskin artacaq. Banklar bunu bilir. Buna görə də problemli kreditlər daha çox artmasın deyə kreditləri azaldıblar. Amma bu da çıxış yolu deyil. Yəni nəticə etibarilə əksinə iqtisadiyyat daha da zəiflədikcə əvvəlcədən verdikləri kreditlərin geri qaytarılmasınd qlobal olaraq ciddi problemlər yaşanacaq.

Natiq Cəfərli: “Mərkəzi Bank müəyyən tənzimləyici və önləyici addımlarla, inzibati üsullarla dollara olan tələbatı azaltmağa və dollar satışını məhdudlaşdırmağa çalışır. Amma bu da yenə səhv addımdır”.

Ən azından Mərkəzi Bankın müxtəlif kısıtlamaları var. Bəzi banklar da bu addımı atırlar. Məsələn dolların satışına məhdudiyyətlərin qoyulması, müəyyən çətinliklərin yaradılması, bəzi hallarda valyuta satışlarının keçirilməməsi ajiotajın artmasına səbəb olur. Mərkəzi Bank müəyyən tənzimləyici və önləyici addımlarla, inzibati üsullarla dollara olan tələbatı azaltmağa və dollar satışını məhdudlaşdırmağa çalışır. Amma bu da yenə səhv addımdır. Çünki Azərbaycan idxalda ciddi asılı ölkədir. Əgər valyutaya olan tələbat artmasa, xaricdən məhdullar gətirilməsə, ölkə daxilində iqtisadiyyatın, yəni ticarət sektorunun durğunluq yaranır. Bu durğunluğun yaranması da iqtisadiyyata çox ciddi mənfi təsir göstərir.

Hələlik inzibati üsullarla valyutanın ölkədən çıxışının qarşısını almağa çalışırlar. Amma bu çox ciddi əks effekt yarada biləcək amilə çevriləcək. Bir müddətdən sonra bu yolun səhv olduğunu görəcəklər. Çox təəssüf ki, bəlkə də onda gec olacaq. Yəni indi inzibati yollarla valyutaya olan tələbatın azaldılması, satışlarına məhdudiyyətlərin qoyulması bir müddətdən sonra ölkə iqtisadiyyatında çox ciddi mənfi fəsadlara səbəb ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Kredit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar