Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimlərin elektron qaydada əldə edəcəyi məlumatların siyahısı açıqlanıb

İnformasiya sisteminin iştirakçılarının (hakimlər və məhkəmə aparatı işçiləri) qanunla müəyyən edilmiş hallarda və qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edəcəyi məlumatlar müəyyənləşib...

Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

Əsasnaməyə əsasən, həmin məlumatlar aşağıdakılardır:

- hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər barədə məlumatlar;

- vergi ödəyicisi ilə bağlı keçirilmiş yoxlamalar haqqında məlumatlar;

- telefon nömrələri barədə məlumatlar;

- əmək müqaviləsi, pensiya və sosial müavinətlər haqqında məlumatlar;

- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və istifadə hüquqlarına dair məlumatlar;

- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarının məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatlar;

- şəxslər barəsində axtarış və cinayət işlərinə, məhkumluğa, cərimə ödənişlərinə dair məlumatlar;

- şəxsə məxsus olan nəqliyyat vasitələri barədə məlumatlar;

- sürücülük vəsiqələri barədə məlumatlar;

- şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu;

- sərhədkeçməsinə məhdudiyyət qoyulmuş şəxslər barədə məlumatlar;

- ipoteka kreditləşməsi və təminat verilən kreditlər üzrə bank sirri təşkil edən məlumatlar;

- kredit təşkilatlarından – şəxslərin bank və ya kredit təşkilatlarında mövcud olan hesabları, əmanətləri, hesablardakı vəsaitlərinin miqdarı barədə məlumatlar;

- kredit məlumatlarının icmalı, borcalanın aktiv öhdəlikləri, borcalanın bağlanmış öhdəlikləri, borcalanın zamin olduğu öhdəliklər;

- ipoteka və ya girov saxlayan qismində xeyrinə yüklü edilən daşınmaz və ya daşınar əşyalar barədə məlumatlar;

- məcburi köçkünlər barədə məlumatlar;

- elektrik enerjisi, içməli su və qaz abunəçiləri, onların borcları barədə məlumatlar;

- yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə kirayəçiyə dair məlumatlar;

- qiymətli kağızlar və onların yüklülüyü barədə məlumatlar;

- icbari sığorta müqavilələrinə dair məlumatlar;

-. şəxsin təhsili və təhsil sənədləri barədə məlumatlar;

- Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən – vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan, yaxud qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar;

- “Elektron icra” informasiya sistemindən – məhkəmə qərarlarının icrası vəziyyəti barədə məlumatlar;

- “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemindən – barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, habelə həbs qətimkan tədbirinin və cəzaların icrası vəziyyəti barədə məlumatlar;

- Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən – yoxlamalar barədə məlumatlar;

- “Elektron notariat” informasiya sistemindən – notariat hərəkətləri barədə məlumatlar.

pia.az


Etiket: hakimlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar