Cümə, 10 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” - Günün gerçəyi - Video

"Yalan söhbət ola bilməz, xəstəlik var, mövcuddur"...

Azərbaycanda son günlər karantin qaydalarının yumşalması xəstələrin sayının artması, hər gün 200 həddini keçməsi artıq ağır xəstələrin sayının da dəfələrlə artmasına səbəb olub. Onların əksəriyyəti də reanimasiyada, bir çoxu süni tənəffüs aparatına bağlı olaraq yaşamını davam etdirir.

PİA.az-ın xəbərinə görə, REAL TV bir neçə xəstəxananın reanimasiya şöbəsində olaraq həmin an orada baş verənlər haqda reportaj hazırlayıb.

Videokadrlardan görünür ki, paytaxt xəstəxanalarında reanimasiyalar artıq dolmaq üzrədir. Ağır vəziyyətdə olan xəstələr müalicə ilə yanaşı, qida qəbulunu da həkimlər vasitəsilə qəbul edə bilirlər. Çünki vəziyyətin ağırlaşması artıq onları sərbəst hərəkət etməkdən məhrum edib.

Xəstələr haqda danışan ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev deyib ki, bu günədək hər yaş qrupunda, 27 yaşdan 94 yaşadək xəstələr olub: “Bizim şöbəmizdə ən ağır, süni tənəffüs aparatına ehtiyacı olan xəstələr müalicə olunur. Bütün proseduru TƏBİB-in protkolu əsasında aparılır. Bəzi insanların xəstəliyin olmasına inanmaması nəticəsində artıq xəstəxanada yataqlar dolmaq üzrədir”.

Tibb bacısı bildirib ki, virusun olduğuna inanmayanlara görə ailələrindən, evlərindən uzaq düşüblər: “Bütün insanlara demək istəyirəm ki, buna inanıb qaydalara əməl etsinlər ki, hamı evinə dönsün”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimotoloqu Kəmalə Namazova qeyd edib ki, son bir həftə ərzində xəstə sayı artıb: “Əksəriyyəti də ağır vəziyyətdədirlər. Burada müalicə olunmuş 45 xəstədən 30-a yaxını süni tənəffüs aparatına qoşulub və onlar sağalaraq evə buraxılıb. Hazırda 16 xəstənin vəziyyəti ağır olaraq qalır, onların müalicəsi davam edir”.

REACT-19 layihəsi çərçivəsində xaricdən gətirilən Şahin Əzizov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Heydər Əliyev Fondu və TƏBİB-in təşkilatçılığı ilə bu prosesə cəlb olunublar: “Əlimizdən gələn hər şeyi etməyə hazırıq, öz biliklərimizi yerli həkimlərlə paylaşırıq”.

Rəşad Quliyev əlavə edib ki, artıq xəstə qəbul etməyə yer qalmayıb: “Xəstələrin sayı durmadan artır, gücləndirilmiş rejimdə xəstələri müalicə edirik. Artıq reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur”.

Həkimlərdən başqa, süni tənəffüs aparatına qoşulmayan, nibsətən yüngül olan xəstələr də bu barədə danışıblar. Onlardan biri bildirib ki, bu xəstəlik çox qorxuludur: “Ailələrini, balalarını sevirlərsə, onları, özlərini qorusunlar, maska taxsınlar”.

Digər xəstə isə çətinliklə danışaraq bu xəstəliyə inanmayanlara müraciət edib: “Yalan söhbət ola bilməz, xəstəlik var, mövcuddur. Bunun da qarşısı alınmalıdır”.

Qoyulan tələblərə əməl edərək sosial məsafə saxlamaq, tibbi ləvazimatlardan istifadə etmək reanimasiyada ölümlə yaşam arasında mübarizə aparmaqdan daha asandır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: COVİD-19


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyev təcili həbs edilməlidir” - Partiya sədrindən ittiham dolu açıqlama

Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar

Oqtay Şirəliyevin Bakıda 1 hektarlıq villasının görüntüləri yayılıb – Foto

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib

Vəzirov da Ramiz Mehdiyevdən danışdı: "O başqalarının yanında..."

Hansı rayonda neçə koronavirus xəstəsi var? - Siyahı

Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: “O, belə ifadələr işlədib”

Köhnə maşınlar yeni olaraq təqdim edilib - FHN-nin ambulans qalmaqalı

Səhiyyə Nazirliyi ilə TƏBİB arasında toqquşma – Pul davası gedir

Elmarın 17 anı - Məmmədyarovun baharını qışa çevirən səbəblər

Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: Təxribat, yoxsa ağılsız səhv? - Video

Mehdiyev-İnsanov tandemi “islahat komandası”na qarşı

loading...

Ən çox oxunanalar