Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq?

Əhali Bakı ilə rayonlar arasında gediş-gəlişin bərpa olunmasını dörd gözlə gözləyir...

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir çox karantin məhdudiyyətləri aradan götürülüb. Paytaxtda və eləcə də rayonlarda həyat artıq normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar, o cümlədən Naxçıvan arasında gediş-gəliş hələ də bərpa olunmayıb.

Azərbaycanda əhalinin mühim bir hissəsinin Bakı və ətraf qəsəbələrdə cəmləşdiyi məlumdur. Həmçinin tibb ocaqları və digər xidmət, istehsal sahələri Bakı və ətrafında yerləşdiyi üçün müəyyən şərtlərlə regionların Bakı ilə mütəmadi əlaqələri olub. Lakin hazırda yay qapını döyür və bu səbəblə rayonlara getmək istəyənlərin də sayı artıb. Kütlənin böyük bir hissəsini Bakı ilə rayonlar arasında gediş-gəlişin bərpa olunmasını dörd gözlə gözləyir.

Hətta ötən gün Naxçıvanla bağlı məsələ Milli Məclisdə qaldırılıb. Çünki karantindən əvvəl Naxçıvana gedən əhalinin bir hissəsi hələ də qayıda bilmir. Bildirək ki, digər ölkələrdə, xüsusən də qonşu ölkələrdə artıq bu məhdudiyyət götürülür.

Maraqlıdır, bölgələrə gediş-gəliş qadağası ölkəmizdə niyə götürülmür? Bu məhdudiyyətin davam etməsi nə qədər vacibdir? Gizli şəkildə bu qadağanı pozanlar yoxdurmu?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda baş verən proseslər izlənilməli və ona uyğun addım atılmalıdır:

“Bu məsələ Operativ Qərargahın tövsiyyələri əsasında həll olunacaq bir məsələdir. Ona görə də düşünürəm ki, prosesi izləyib ona uyğun addım atılmalıdır. Sadəcə olaraq bir nüansa diqqət çəkmək lazımdır ki, əgər bu gün kimsə bunu şəxsi avtomobili ilə həyata keçirirsə, proses niyə də dövlət səviyyəsində baş tutmasın? Hesab edirəm ki, karantin şərtlərini pozmadan müəyyən addımlar atmaq olar. Avtovağzaldan avtovağzala vətəndaşları daşımaq mümkündür.

Bölgələrə getmək üçün artıq avtobusları işə salmaq olar. Bakı şəhərində avtobus və metro işləyirsə, Bakıdan Qubaya niyə avtobus işləməsin? Bunun nə kimi mühüm əhəmiyyəti var? Sadəcə, müəyyən şərt tətbiq olunmalıdır. Arada bir oturacaq boş buraxılmalı və yanaşı olan oturacaqlarda sadəcə bir nəfər oturmalıdır. Onsuz da hamıya məlumdur ki, rayonlara oğurluq yolla gedib-gələnlər var. Taksi fəaliyyəti mövcuddur. Fikrimcə, 2 həftəyə karantin rejimi çərçivəsində məsələyə aydınlıq gətiriləcək. Gətirilməsi də arzu olunandır”.

Ekspert Naxçıvanla bağlı məsələyə də toxunub: “Burada vəziyyət bir qədər fərqlidir. Çünki Naxçıvan digər bölgələrlə quru yolu ilə birbaşa bağlı deyil. Bu səbəblə müəyyən problemlər yaşanır. Naxçıvanla yeganə əlaqə imkanı hava yoludur. Yəqin ki, əhalinin rahatlığı üçün bunu Milli Məclisdə qaldırılan məsələ üzərinə həll edəcəklər. Mən də məsələnin tez zamanda həllini tapmasını istəyərdim. Çünki Naxçıvanın iqtisadi imkanları o qədər də geniş deyil.Hazırda orada da çətin dövr yaşanır”.

pia.az


Etiket: Rayonlar Bakı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar