Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis müsabiqə elan etdi

“Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi təşkil ediləcək...

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

PİA.az xəbər verir ki, parlamentin Gənclər və idman komitəsi Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi təşkil edəcək.

Müsabiqədə iştirak etmək istəyən gənclər (14-29 yaş) qeyd olunan mövzuda hazırladıqları yazıları komitənin [email protected] ünvanına göndərilməlidirlər.

Yazılar müsabiqə komissiyası tərəfindən yoxlanılacaq, bu səbəbdən də aşağıdakı tələblərə cavab verməlidir:

Azərbaycan (rus, ingilis və digər) dilində və “Times New Roman” şrifti ilə14 ölçüdə hazırlanmalı;

• Yazının həcmi 5 – 7 vərəq arasında olmalı;

• Eyni məzmunlu yazılardan istifadə edilməməlidir.

Müsabiqənin qalibləri sertifikatla mükafatlandırılacaq, yazılarının çap olunması təmin olunacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar