Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadiyyatı insan həyatından üstün tutan Tramp bu ilki seçkilərdə məğlub ola bilərmi?..

Respublikaçılar Trampın kampaniyasının Baydenə böyük qələbə gətirəcəyindən narahatdırlar. Digər partiya rəsmilərinin tövsiyələrinə etiraz edən ABŞ Prezidenti yenə də kampaniyasını iqtisadiyyat üzərində qurmaqda israr edir...

Max Burns

“The Independent” qəzeti, 1 iyun 2020-ci il

Gələcək prezidentlər yadda saxlasınlar: Prezident Donald Trampın yalnız iqtisadiyyata əsaslanan təkrar seçki strategiyası Ağ Evi necə itirəcəyi ilə bağlı əsl dərslik nümunəsidir.

Trampın öz kampaniyasını nikbin iqtisadi mesajlar ətrafında qurması Covid-19 böhranından əvvəl də təcrübəli Respublikaçılar üçün narahatlıq yaradırdı. Keçən ilin avqust ayında isə partiyanın səlahiyyətli nümayəndələri Çinlə davam edən ticarət müharibəsinin iqtisadi artıma mane olacağından və Prezidentin Ayova və Ohayo kimi böyük ştatlarda yenidən seçilmək ehtimalını məhv edəcəyindən narahat idilər. İndi koronavirusun vurduğu böyük ziyan GOP-un (Böyük Yaşlı Partiya - Respublikaçılar Partiyasının digər adı) iqtisadi arqumentini böyük bir yük halına gətirib.

Mövcud Prezident üçün zəifləyən iqtisadiyyatdan daha ölümcül bir şey yoxdur. Bəs bu vəziyyət niyə bu qədər zərərlidir? Emori Universitetinin professoru və politoloq Alan Abramoviç zəif iqtisadiyyatlarla üzləşən rəhbərlərin, demək olar ki, hər dəfə məğlub olduğunu müəyyənləşdirib. Abramovitz modeli son 11 seçkinin qaliblərini dəqiq şəkildə proqnozlaşdırmış və olduqca dəqiqlik şəkildə buna nail olmuşdu.

Burdan çıxarılmalı olan dərs aydındır: namizədliyinizi iqtisadiyyatın inkişaf perspektivindən asılı etməyin.

Trampın kampaniyasında yalnız bir problem var: tək sahib olduqları şey iqtisadiyyat mesajıdır. Tramp Adminstrasiyası Pensilvaniya və Miçiqan kimi ştatlarda müstəqil və qərarsız seçicilərə konkret bir söz verə bilməyib. Yeganə fakt isə odur ki, Donald Tramp ölkəyə nəzarəti itirib.

30 milyon amerikalı işsiz olduğu halda, Trampın işsizlik üzərində qələbə çalmaq planı hazırda zarafat kimi səslənir. Daha pis olanı isə odur ki, aylar əvvəl xəbərdar edilən iqtisadi çətinliklər qarşısında administrasiya tamamilə hazırlıqsız qaldı.

“Ən yaxşı Demokrat ölü Demokratdır”, başlıqlı bir videonu Donald Tramp da paylaşmışdı.

Vəziyyət o qədər pisləşib ki, hətta Trampın ən bacarıqlı müdafiəçiləri belə Amerika xalqını artıq aldada bilmirlər. Ağ Evin ən böyük iqtisadi məsləhətçilərindən biri olan Kevin Hasset mayın 24-də verdiyi müsahibədə işsizliyin yay aylarında 20%-ə çatacağını və Ağ Evin bu yeni işsiz insanlara yardım göstərmək üçün konkret bir strategiyasının olmadığını etiraf edib.

Xəbərlər getdikcə daha da pisləşir. Mayın 26-da Trampın sirdaşı Lerri Kudlou bildirib ki, Ağ Ev artıq Amerikada Covid-19 pandemiyası zamanı işini itirənlərə görə işsizlik müavinətinin bir həftəlik 600 dollar artırılması üçün mübarizə aparmayacaq. Kudlou “Fox News”a verdiyi açıqlamada: “Açığını deyim ki, 600 dollarlıq artımın növbəti danışıqlardan keçə biləcəyinə inanmıram”, deyib.

Trampın yalnız iqtisadiyyata yönəlmiş mesajının ən ciddi hissəsi isə hər iki partiyadan olan ictimai səhiyyə mütəxəssislərinin və hətta öz rəhbərliyinin səhiyyə məsləhətçilərinin verdiyi ciddi xəbərdarlıqlarına məhəl qoymadan ölkə iqtisadiyyatını yenidən açmağa, “Amerikanı işə qaytarmağa” əsaslanırdı. Lakin hər iki tərəfdən olan amerikalıların əksəriyyəti iqtisadiyyatı yenidən açmaq üçün səhiyyənin düzəlməsini gözləmək istəyir. Amerikalılar 30%-i səs çoxluğu ilə razılaşır ki, ictimai sağlamlıq milli prioritet olmalıdır. “Democracy” Fondu və Los-Anceles Kaliforniya Universitetinin “Nationscape” layihəsinin ortaq apardığı bir anketə görə, 10 amerikalının 7-dən çoxu Trampın ölkəni vaxtından əvvəl açmağa cəhd etməsindən qorxur.

Məlum olub ki, bir çox amerikalı, xüsusən də Covid-19-un yüksək risk kateqoriyasında olan yaşlılar Prezidentin iqtisadiyyatı onların həyatından üstün görməsinə heç də sevinmirlər. 2016-cı ildə Tramp 65 yaşdan yuxarı seçicilərin səsini 8% fərqlə qazanmışdı. Bu gün isə bu yaşlı vətəndaşlar inanılmaz şəkildə 17% fərqlə Co Baydeni dəstəkləyirlər.

Gəlin açıq danışaq: ​​Əgər Donald Tramp noyabr ayında yaşlı vətəndaşların 17%-ni, müstəqil vətəndaşların isə 13%-ni itirsə, seçkidə böyük fərqlə məğlub ola bilər. Bu ssenariyə görə onun nəinki Miçiqan və Pensilvaniyanı, eyni zamanda Şimali Karolina, Arizona və Ohayo şəhərlərini də itirməsi mümkündür.

Amerika həyatındakı sıx siyasi qütbləşməyə görə, ehtimal ki, böyük bir partlayış görməyəcəyik, amma rəqəmlər indi Donald Trampın özünün yaratdığı qeyri-adi vəziyyəti əks etdirir. Facebook reklamları və ya müdrik sözlərlə sovuşdurula bilməyən Covid-19 böhranı qarşısında Trampın nümayiş etdirdiyi qeyri-sabit idarəçilik tərzi indi yenidən seçki planları üçün zəruri olan seçici qruplarını da uzaqlaşdıra bilər.

İşsizlik uçurumu ilə üz-üzə qalan amerikalılar koronavirusun yaratdığı çətinliklərlə də birlikdə istiqaməyi bilinməyən trampçı liderliyin bir 4 il daha davam etdirilməsini gözə ala bilməzlər. Bu cür iqtisadiyyatla mümkün deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Tramp Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar