Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamil Zeynallı: "Buna görə də İcra başçılarının gözü məni götürmürdü..." – Video

"Deyirdilər ki, bizim olduğumuz yerdə kasıb təbəqəni çəkib göstərir"...

"Karantin dövründə İcra başçıları tutuldular. Nəyə görə? Çünki, dövlət yardım ərzaqlarını onlara göndərir ki, bunu camaata payla. Götürüb o payları yeyəndə, əlbəttəki, tutulacaq. Bunu 1-2 İcra başçısı etməyib ki, əksəriyyəti edib".

PİA.az xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı "Musavat"ın canlı debatında deyib.

O, bildirib ki, İcra başçıları onun kasıb təbəqələri çəkib göstərməsinə görə narahat olurdular: “Onların çoxusunun işlərini mən görmüşəm. Hamısı məndən sonra etməyə başladı. Buna görə də İcra başçılarının gözü məni götürmürdü. Deyirdilər ki, bizim olduğumuz yerdə kasıb təbəqəni çəkib göstərir. Guya Bakı şəhərinin İcra başçısı istəyərdi ki, mən paytaxt rayonlardakı imkansızları çəkib göstərim? Təbii ki, istəməzdi”.

İdmançı eyni zamanda DTX-nın həbs etdiyi İcra başçıları və Mədəniyyət Nazirliyində aparılan əməliyyatla bağlı məsələyədə toxundu: “Bir çox qrumlarda, nazirliklərdə korrupsiya işləri davam edir. Yeyiblər, yeyirlər və yeyəcəklər...Amma yesələr belə qorxa-qorxa yeyəcəklər. Bu kimi halların qarşısını almasalar dayanan deyil. Xalq artisti adını çoxlarından pul alıb verirdilər. Bundan guya nazirin, nazir müavininin xəbəri yox idi? Xalq artisti adına layiq olmayan müğənnilər var idi. Bunlar necə aldı o adı? Təbii ki, çoxusu pul və tanışlıqla edilirdi. Bunların hamısı yeyinti və rüşvətxorluqdur. Ona görə düz edib onları tuturlar”.

Kamil Zeynallı eyni zamanda nazir müavinlərinin özbaşına hərəkət etmədiklərini də qeyd etdi: “Müavinin güvəndiyi yer var ki, o, bu addımı atır. Özbaşına addım ata bilməz”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar