Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus Çindən əvvəl Avropada ortaya çıxmış ola bilərmi?..

Fransada Dr. Mişel Şmit və komandası 2019-cu ilin son aylarında çəkilən minlərlə döş qəfəsi rentgenini araşdırarkən koronavirusa bənzər 2 analiz müəyyənləşdirdilər. Yəni belə çıxır ki, xəstəlik 2019-cu ilin sonunda Fransada başlayıb...

Arslan Bulut

“Yeni Şafak” qəzeti, Türkiyə, 2 iyun 2020-ci il

Biz də düşünürdük ki, bu xəstəlik Çində ortaya çıxıb, İrana da yayılmış kimi görünsə də, əslində, ABŞ-da və İtaliyada 2019-cu ilin son aylarında yayılmğa başlamışdı.

Bəs bu mövzuda əlimizdə bir elmi araşdırma varmı? Xeyr, sadəcə xəbərləri izləyirik. Avropa, ABŞ və Yaponiyada mediada mövzu ilə bağlı çoxlu xəbərlər yayılıb.

“Deutsche Welle”, yəni Almaniyanın Səsi qəzeti “Koronavirus Avropaya 2019-cu ildə gəlmiş ola bilərmi?” başlıqlı xəbərində deyir:

“Prof. Adriano Dekarli 2019-cu ilin son 3 ayında Milan və Lodi arasındakı bölgədə sətəlcəm və qrip olan xəstələrin sayında ciddi artım olduğunu müəyyən edib”.

Yaponiyanın “Asahi 21” telekanalı isə 21 fevral 2020-də yayımlanan bir xəbərində: “ABŞ-da baş verən korona virus qripinə görə 14 min insan öldü, 26 mini müalicə edildi. Amerika Səhiyyə Nazirliyinin məlumatına görə isə ölənlərin sayı 10 minlə 20 min arasındadır”, deyə bildirmişdi. Halbuki virus rəsmi olaraq həmin tarixdə ABŞ-da hələ ortaya çıxmamışdı.

Türkiyədə də həmin dövrdə normal qriplə müqayisədə çox ağır xəstəlik nümunələri ortaya çıxmışdı.

ABŞ-dakı ölüm sayının çox olmasının səbəbi elan edilmiş dəstək siyasətidir. Xəstəxanalar hər yoluxma üçün dövlətdən 13.000 dollar alır. Əgər xəstə reanimasiyaya aparılsa, ödəniş də üç qat artır.

Digər tərəfdən, bütün dünyada hüquqa zidd olaraq bilinən hər cür dərman və üsul xəstələr üzərində tətbiq edilib. Hansı ki, həmin şeyi Qvineya donuzlarına da edirdilər.

Yoluxma sayı azaldıqda isə bu xəstəliyin qan laxtalanmasına görə ölümə yol açdığı ortaya çıxdı.

Düşünmək lazımdır ki, bu xəstəlik qripə və ya sətəlcəmə deyil, daha çox sürətləndirilmiş xərçəngə bənzəyir. Bəs onda xərçəng necə sürətlənə bilər? Şüalanma ilə, elə deyil? Belə olduqda ağciyər hüceyrələri qəflətən öz formasını dəyişir. Bəzi elm adamlarına görə, bu virusu hüceyrələr əmələ gətirir. El arasındakı ifadə ilə desək, bədəndə qurd əmələ gəlməyə başlayır. İmmuniteti güclü olanlar bunu atır, zəif olanlar da ata bilmir. Əgər belədirsə, onda niyə heç kim xəstəliyin bu tərəfini düşünmür, amma keçmişi qaranlıq olan Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına açıqlamalarına boyun əyir?

Qlobal miqyasda tibb dünyasının bir çarə tapa bilmədiyi vəziyyətlə üz-üzəyik. Dərmanlar sınaqdan keçirilsə də, oksigen əlavələri alınsa da, heç biri nəticə vermədi. İndi də hamı peyvənd gözləyir, amma peyvənd də bir işə yaramayacaq.

Bu, elə bir xəstəlikdir ki, insan hüceyrələrini partladır və bədəndə hüceyrə ölümünü sürətləndirir. Bədən də ölü hüceyrələri əvəz edə bilmədiyi və orqanlar arasında əlaqə kəsildiyi üçün həyat sona çatır.

Qısaca belə izah edim: əgər əlinizi itirsəniz, bədəniniz yeni bir əl yarada bilməz. Eləcə də ağciyərinizi itirirsinizsə, bədəninjz yeni bir ağciyər yarada bilməyəcək. Əsas məsələ sürətli hüceyrə ölümünü dayandıra bilməkdir. Bu da dərman və ya peyvəndlə mümkün olan deyil. Lakin, bəlkə də, bədəndə azalan və ya böyüyən şey hər nədirsə, onu bərpa etməklə mümkün ola bilər. Əlbəttə ki, bu xarici təsirin də bir virus olduğu hələ sübut olunmayıb. Bu səbəbdən, xəstəliyə qarşı dəqiq bir müalicənin təkmilləşdirilməsi üçün həmin xarici təsirin nə olduğunu elmi cəhətdən aydınlaşdırmalıdır. Ancaq dünyada bu təsbitlərə belə dözməyənlər var ki, elə əsas virus faktları ört-basdır etməyə çalışan bu senzura təfəkkürüdür.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar