Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq" - BŞH

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı hansısa rəsmi məlumat və heç bir yenilik yoxdur"...

 

Bu barədə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Bakıdakı yarışın taleyi barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan Qran-prisi ilə bağlı qərarı hökumət verməlidir. BŞH rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum buna qərar verə bilməz: "Azərbaycan hökuməti qərar verməlidir. "Formula 1"lə danışıqlar davam edir. Karantin rejimi bitməlidir ki, biz yarışı təşkil edək. Bu olmasa, təşkil edə bilmərik".

Menecer TƏBİB-in "Bu ilin sonunadək ölkədə karantin rejimi davam edəcək davam edəcək" açıqlaması barədə isə bunları söyləyib: "Biz bilməliyik ki, hansı məhdudiyyətlər götürüləcək. Sərhəd açılmalı və reyslər olmalıdır. Karantin sadəcə tibbi maska taxmaq deyil. İlk növbədə, sərhədlər açılmalıdır".

G.Quliyeva heç nə bəlli olmadığı üçün hazırlıqlara başlamadıqlarını da sözlərinə əlavə edib: "Biz şirkət olaraq iyunun 15-dək hələ ki, karantindəyik".

Qeyd edək ki, müxtəlif KİV Azərbaycan Qran-prisinin təhlükə altında olduğunu yazıb və Bakıdakı yarışın İtaliyada daha bir yarışla əvəzlənmə ehtimalı olduğunu bildirib.

pia.az


Etiket: BŞİH


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar