Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan mahnısının mənimsənilməsi nəzarətə götürüldü - Rəsmi

Araşdırma başa çatdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək...

Əqli Mülkiyyət Agentliyi Fereydoun Asraei adlı iranlı müğənninin azərbaycanlı müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm" xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı altında fars mahnısı kimi təqdim etməsini nəzarətə götürüb.

Bunu Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib.

Onun sözlərinə görə, məsələ agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun xüsusi nəzarətindədir: “Bununla bağlı müvafiq bölməyə tapşırıq verilib. Məsələ tam ciddi araşdırılır. Araşdırma başa çatdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Xatırladaq ki, Rəşid Behbudov Fondu İran telekanallarının “Küçələrə su səpmişəm"i fars mahnısı kimi təqdim edilərək mənimsənilməsi barədə məlumat yayıb: "Mahnı kürd dilində subtitrlərlə "YouTube" kanalına yerləşdirilib. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur. Sizi bu haqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq”.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar