Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin səsverməni iyulun 1-ə təyin etdi 

Təxirə düşən referendumun tarixi açıqlandı...

Rusiya prezidenti Vladimir Putin digər səlahiyyətlərlə yanaşı 2036-cı ilə qədər onun hakimiyyətdə qalmasına imkan verəcək konstitusiya dəyişiklikləri ilə əlaqədar ümummilli səsverməni iyulun 1-nə təyin edib.

Putin qərarı iyulun 1-də keçiriləcək səsvermənin qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun həmsədrləri ilə görüşü zamanı elan edib. Mərkəzi Seçki Komitəsinin sədri Ella Pamfilova prezidentin fikrini dəstəklədiyini bildirib və izdihamın olmaması üçün səsvermənin elan edilən rəsmi tarixdən yeddi gün əvvəl başlayacağını əlavə edib.

Pamfilova hansı bölgələrin olduğunu deməsə də, iki və ya üç bölgədə elektron səsvermə sisteminin tətbiq ediləcəyini bildirib. Konstitusiyaya dəyişikliklər millət vəkilləri tərəfindən qəbul edilib və mart ayında Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib.

Ümummilli referendmumun aprelin 22-də keçiriləcəyi gözlənirdi, lakin koronavirusun yayılması səbəbi ilə səsvermə təxirə salındı.

Putinin tənqidçiləri onun konstitusiyaya dəyişiklikləri əvvəlki prezidentlik müddətini sıfırlamaqla, mövcud prezidentlik müddətinin 2024-cü ildə bitməsindən sonra daha 12 il hakimiyyətdə qalması üçün irəli sürdüyünü bildiriblər.

Putinin ikinci dönəm altı illik prezidentlik müddəti 2018-ci ildə başlayıb. Mövcud konstitusiya prezidentlərin ardıcıl olaraq iki dəfədən çox vəzifədə qalmasını qadağan edir. Lakin konstitusiyada edilən dəyişikliklər onun 2024-cü ildə ümumi prezidentlik müddətini beşinci, bəlkə də 2030-cu ildə altıncı dəfə uzadılmasına imkan verə bilər. (amerikaninsesi.org)

pia.az


Etiket: Putin səsvermə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar