Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Trump Place"da mənzili olan növbəti azərbaycanlı kimdir?

Nyu-Yorkda 3,3 mln. dollar dəyərində mənzili olan Zaur Axundov kimdir?...

Emin Məmmədyarov - Azərbaycan xarici işlər nazirinin böyük oğlu Manhettenin mərkəzində yerləşən Trump Place-də dəbdəbəli mənzillərə malik olan yeganə azərbaycanlı deyil.

Nyu-Yorkun Maliyyə Departamentinin hesabatlarına əsasən, Rushmore binasında 3,3 milyon dəyəri olan mənzil (N 31A) Zaur Axundov adlı başqa bir azərbaycanlıya məxsusdur.

Bu, Nyu-Yorkda 80 Riverside Boulevard ünvanında yerləşən iki binadan ibarət böyük yaşayış kompleksidir. Binada hovuz, fitnes və spa xidmətləri, bilyard zalı, velosipedlər üçün otaq, teatr, əyləncə kompleksi və s. var.

Bu yaxınlara qədər Axundovun çox vaxt Trampın binası adlandırılan Riversayd bulvarı 120 ünvanında da 2 mln. dollar dəyəri olan daha bir mənzili (N 9S) var idi. Göründüyü qədər, o, bu mənzili 2013-cü ildə - 3,3 mln. dollarlıq yeni mənzili aldıqdan dərhal sonra satıb.

Turan Zaur Axundovun şəxsiyyətini dərhal müəyyən edə bilməyib, amma Nyu-Yorkun Vergilər Departamentinin məlumatlar bazasında yer alan 2013-cü ilin satış sözləşməsində Axundov The Wicks Group şirkəti ilə əlaqələndirilib. Bu, ABŞ-da Azərbaycanın Silk Way aviasiya şirkətinin maraqlarını təmsil edən aviasiya hüquq və konsaltinq şirkətidir.

Wicks Group-un direktoru Qlenn Viks ötən ilin sonlarında adı Zaur Axundov olan Silk Way holdinqinin prezidenti də daxil olmaqla, bir neçə yüksək vəzifəli şəxslə birlikdə Bakıda 8-ci Caspian Air Cargo sammitində iştirak edib.

Şərh almaq üçün Axundovla və Wicks Group-la telefon əlaqəsi saxlamağımız mümkün olmayıb. Silk Way qrupu da Turan-ın sorğusuna cavab verməyib.

Silk Way Airlines-in 2018-ci ilin sentyabrında Prnewswir-də dərc edilmiş press-relizinə əsasən, cənab Axundov "Silk Way-in yaradılmasında həlledici rol oynayıb, ilk gündən Silk Way komandasının lideri olub və çoxillik dəyərli təcrübəsini Azərbaycanda aviasiya sənayesinin yaradılmasına həsr edib".

Maraqlıdır ki, qeyd edilən bəyanatdan cəmi bir neçə həftə sonra, yerli KİV-lərin məlumatına görə, Axundov şirkətdən qovulub, amma müəmmalı şəkildə ötən il prezident vəzifəsinə bərpa edilib.

Bununla belə, Nyu-Yorkdakı mənzilin əsrarəngiz sahibinin şaiyələrə görə ölkənin ali rəhbərliyi ilə sıx əlaqələri olan özəl Silk Way şirkətinin rəhbəri ilə eyni şəxs olub-olmadığı tam aydın deyil.

Qərargah-mənzili Bakıda yerləşən Silk Way Holding şirkətlər qrupu uzun illər ərzində qalmaqallardan uzaq olmaq, şirkətin nüfuzunu qoruyub saxlamaq üçün həddindən artıq ehtiyatlı olub. Amma bu yaxınlarda məşhur müxalifətçi Tofiq Yaqublunun siyasi həbsi ilə əlaqədar şirkətin adı ictimai diqqət cəlb edib. O, Silk Way-in idarə etdiyi onlarla şirkətdən biri olan Silk Way Construction-un əməkdaşı Elxan Cəbrayılovun şikayət ilə "xuliqanlıqda" ittiham olunub və həbs edilib.

ABŞAvropa Şurası Bakını Yaqublunu azad etməyə çağırıb, amma hakimiyyət bu müraciətlərə məhəl qoymayıb.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - Video

Ən çox oxunanalar