Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yeyib-içmək məclislərindən fotolar qoyub “koronavirusla bu cür mübarizə aparırıq” deyirlər"...

"Əksəriyyət koronavirusla məzələnir"...

"Tanıdığım bir xanım mənə zəng edib yalvarıb ki, bu gün bir oğlunu dəfn edib, rayondadır, indi də o biri oğlu ağır vəziyyətdə, yüksək hərarət və öskürəklə Bakıda, evdədir. Təcili tibbi yardımla əlaqə saxlayıram. Xəstədən yaxma götürüb müayinəyə veriblər və nəticəni gözləyirlər. Zənglər həddindən artıq çox olduğundan həkimlər çatdıra bilmirlər. Bunu ona görə diqqətinizə çatdırıram ki, karantin qaydaları yumşalandan sonra hamımız sanki, heç nə olmamış kimi davranmağa başladıq. Maksimum ehtiyatlı olmaq, karantin qaydalarına riayət etmək və sağlamlığımıza diqqət yetirmək lazımdır".

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Bu gün əksəriyyət dünyada tüğyan edən koronavirusla məzələnir, yeyib-içmək məclislərindən fotolar qoyub “koronavirusla bu cür mübarizə aparırıq” deyirlər.

Ən dəhşətlisi bu gün “metroda insanlar polisi belə qovdular” başlıqlı videonun paylaşması idi. Videoda baş verənlər bizim nadanlığımızı, savadsızlığımızı göstərir. Qayda-qanuna riayət etmədiyinə görə hakimiyyəti topa tutduğumuz halda polisə qarşı bu cür davranmaqla özümüzün nə qədər düşüncəsiz olduğumuzu göstəririk. Bu yolverilməzdir. Odla oynamaq olmaz! Vəziyyətin kritik həddə olduğunu anlamaq, qayda-qanuna riayət etmək, bizim təhlükəsizliyimiz üçün vəzifəsini yerinə yetirən polislərə, həkimlərə qarşı hörmətlə və səbrlə davranmaq lazımdır" - A.İsmayılov qeyd edib. (Pravda.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar