Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda koronavirus xəstələrinə yeni müalicə üsulu tətbiq olunur - Video

Artıq Azərbaycanda ağır koronavirus xəstələrinə konvalesent plazma müalicəsi də tətbiq olunur...

Hazırda ölkəmizdə vəziyyəti kritik olan onlarla COVID-19 xəstəsi var. Belə ağır xəstələrin sağalması üçün mümkün metodlardan biri plazma üsuludur.

Artıq Azərbaycanda ağır koronavirus xəstələrinə konvalesent plazma müalicəsi də tətbiq olunur.

PİA.az xəbər verir ki, İsmayıl Əliyev də COVID-19 bəlasından xilas olan onlarla insandan biridir.

Paytaxtdakı xəstəxanalardan birində çalışan müsahibimizin sözlərinə görə, özü koronaviruslu xəstələrə qulluq edib, amma bəla ondan da yan keçməyib.

Müalicəni müvəffəqiyyətlə başa vuran İsmayıl Əliyev hazırda qan verərək xəstə insanların sağlaması üçün yardım edir.

Əcnəbi vətəndaş Fərrux Özoğulu da xəstəliklə mübarizə aparıb sağalan insanlardandır. O da hazırda plazma üsulu ilə müalicə üçün lazım olan qan vermədə iştirak edir.

Pasiyentlərdən qan almaq üçün öncə steril paketlər açılır, lazım olan ləvazimatlar alınır və prosesə başlanılır. Hər bir insan xüsusi aparatlara qoşulur və bununla da onlardan alınan qan müəyyən prosedurlardan keçdikdən sonra hazır hala salınır.

Həkim revmatoloq Emil Qasımovun sözlərinə görə, plazma üsulu artıq dünyanın bir çox ölkələrində istifadə olunur. Bir necə müddətdir ki, ölkəmizdə də tətbiqinə başlanılıb.

Emil Qasımovun sözlərinə görə, reanimasiya şöbəsində yatanların sayı hər keçən gün artır. Belə xəstələrin aparatdan ayrılmaları üçün plazma üsulu ilə müalicəyə ehtiyacları var. Yəni verilən hər bir qan bir neçə insanın sağalması deməkdir.

Plazma əsasən 18-60 yaş aralığında, koronovirusdan sağalan insanlardan alınır.(Yenisabah.az)

pia.az


Etiket: COVİD-19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar